Mojo.az Banner
23:01 Bakıda bəzi ərazilərdə torpaq və mənzillər bahalaşacaq - Siyahı  |     22:57 Daha bir canlı əfsanə futbola geri qayıtdı  |     22:50 Amansızlıqla qətlə yetirilən Fatimənin FOTOSU  |     22:44 Şans tezliklə üzünü üç BÜRCƏ çevirəcək  |     22:39 Ən təhlükəli süni intellekt alətləri – BUNLAR RİSKLİDİR  |     22:34 Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO  |     22:29 Səhiyyə Nazirliyindən peyvəndlə bağlı ÇAĞIRIŞ  |     22:24 Azərbaycan ən çox nədən pul qazanır? – Əsas gəlir mənbələri  |     22:16 Yağışlı havada piyadaya su sıçratmağın cəriməsi nə qədərdir?  |     22:09 Cüzdan oğurlayan şəxsə 23 gün həbs cəzası verildi  |     22:01 Ceyhun Bayramov Orta Dəhlizin artan rolundan danışdı  |     21:55 Cümə günü maqnit qasırğası olacaq  |     21:47 Bu yolda hərəkət qismən məhdudlaşdırılacaq  |     21:39 Kassir mağazanı qarət etdi, pulları gecə klublarında xərclədi  |     21:35 Yalandan hüquq-mühafizə orqanlarında işlədiyini dedi, cərimələndi  |     21:30 Eyni parolu bir neçə hesabda istifadə etməyin - hesablarınız ələ keçirilə bilər  |     21:24 Tovuzda 9 yaşlı oğlanı cərəyan vurub  |     21:18 Məşhur şadlıq evində xoşagəlməz mənzərə - FOTO  |     21:18 "Bu şəxsin cəzasını artırın"  |     21:13 Avropa Birliyində vəba təşvişi - Komissiya Rusiyanı müzakirə edəcək  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistanın müdafiə naziri: "Saxlanılan Azərbaycan əsgəri diversant deyil"

07.10.2026 17:59 225
Ermənistanın müdafiə naziri:
"Azərbaycanlı əsgər saxlanılma zamanı heç bir müqavimət göstərməyib".

Median.Az
erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə oktyabrın 7-də parlamentdəki hökumət saatında Ermənistanın müdafiə naziri Suren Papikyan açıqlama verib.

"Bu amilin özü onun diversant olmadığını göstərir", - deyə nazir bildirib.

Papikyanın sözlərinə görə, səlahiyyətli orqanlar insident barədə məlumat əldə etdikdən sonra zəruri tədbirlər görülüb, eləcə də axtarış əməliyyatları aparılıb.

"Azərbaycan əsgəri ilə bağlı müfəssəl məlumatı yalnız xidməti araşdırma və istintaq hərəkətləri başa çatdıqdan sonra vermək mümkün olacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, oktyabrın 1-i yerli vaxtla saat 14:15-də (Bakı vaxtı ilə eyni - red.) Azərbaycan hərbçisi Nəsimi Musayev Ermənistanın təhlükəsizlik xidmətləri tərəfindən saxlanılıb. Məlum olmayan şəraitdə Zəngəzurun Şəki kəndi istiqamətində sərhəd xəttini keçən hərbi qulluqçu barəsində iki ay müddətinə həbs qərarı çıxarılıb.скачать dle 11.3
Mojo.az Banner