Fransa niyə yenidən Azərbaycanı hədəfə aldı? – TƏHLİL
Fransa ilə Azərbaycan arasında münasibətlərdə müşahidə olunan siyasi gərginlik beynəlxalq təşkilatlarda da özünü göstərməkdədir. Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baron İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forum”unda çıxışı zamanı Azərbaycanın ünvanına ittihamlar səsləndirib.
Nazir Bakının Yeni Kaledoniya da daxil olmaqla, Fransanın xarici ərazilərindəki proseslərə müdaxilə etdiyini iddia edərək, bu məsələyə xarici təsirlərin demokratiya və siyasi sabitliyə təhdidi kontekstində yanaşıb.
Fransanın bu mövqeyi iki ölkə arasındakı münasibətlərin gərgin olaraq qaldığı bir vaxtda diqqət çəkir. Parisin öz ərazilərindəki siyasi proseslərə görə Bakını ittiham etməsi isə Yeni Kaledoniya məsələsi ətrafında mübahisələri yenidən gündəmə gətirir.
Fransanın beynəlxalq platformada Azərbaycana qarşı növbəti ittihamlarla çıxış etməsi hansı siyasi niyyətlərdən qaynaqlanır? Rəsmi Bakı bu iddialara qarşı hansı hüquqi və siyasi arqumentləri irəli sürə bilər?
Məsələ ilə bağlı Median.Az-a açıqlama verən siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, Fransa daha öncələlər də bu cür mövqelər irəli sürüb.
Asif Nərimanlının sözlərinə görə, Fransa növbəti bir beynəlxalq tədbirdən platforma kimi istifadə edərək, Azərbaycanın ünvanına ittihamlar irəli sürməyə çalışır. Onlar tədbiri fürsət olaraq görür. Fransanın ümumi məqsədi Yeni Kaledoniyadakı real vəziyyəti gizlətməkdir. Orada insanlara edilən zülmlər, insan haqlarının pozulması, xalqların öz müqəddəratını təyin etmək hüququnun pozulması xarici qüvvələrin müdaxiləsi adı altında gizlətməyə çalışmaqdır.
Təhlilçi əlavə edib ki, onlar Azərbaycanı bir növ əsas səbəbkarlardan biri kimi hallandırırlar.
Asif Nərimanlı hesab edir ki, Fransa tərəfi növbəti dəfə beynəlxalq tədbirdə bu məsələni yenidən gündəmə gətirir. Bunun kökündə Fransanın müstəmləkəsi altında olan bölgələrdə azadlıq hərəkatının hələ də davam etməsidir. Burada ən önəmli məsələdən biri də odur ki, Fransa tərəfi indiki halda daxilində olan etirazlarla bağlı bu addımı atır. Fransa əvvəllər də məhz Yeni Kaledoniyadakı etirazları susdurmaq, öz müstəmləkə ərazilərindəki real durumu gizlətmək, azadlıq etirazlarına qarşı zorakı yollarla müdaxiləni legitimləşdirmək üçün bu prosesdə xarici qüvvənin maraqlarını önə çəkir.
Fransanın iki məqsədindən bəhs edən siyasətçi qeyd edib:
"Birincisi, daxildəki etirazlar Makron başda olmaqla Fransa hökumətinin, rəhbərliyinin nüfuzuna zərər vurur. Fransanın maraqlarına xarici müdaxilə var kimi təbliğat qurmaqla diqqəti yayındırmağa çalışırlar. Bununla, həm daxili-ictimai rəydə yeni gündəm formalaşdırmaq, həm də beynəlxalq müstəvidə diqqəti dağıdır. İkinci əsas məqsəd isə Fransada artıq bir narahatlıq var. Fransada daxili etirazlar başlayandan mərkəzi hökumətin zəifləməsi yarana bilər. Fransanın müstəmləkəsi altında olan ərazilərdəki xalqlar etirazları mərkəzi hökumətin zəifləməsi kimi qəbul edərək, öz aksiyalarını daha da genişləndirə bilərlər. Bu da baş verərsə, Fransa yenidən güc təqdim etməyə məcbur olacaq.
Asif Nərimanlı sonda vurğulayıb ki, Fransa tərəfi belə bir ssenariyə qarşı güc tətbiqini legitimləşdirmək üçün indidən beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışır. Fransa tərəfi beynəlxalq tədbirdə Azərbaycanın adını hallandırmaqla, ictimai rəyi formalaşdırmağa çalışır. Buna qarşı Azərbaycanın da bu məsələdə əvvəldən öz arqumentləri var. Azərbaycan tərəfi Fransa müstəmləkəsi altında olan xalqların indiyə qədər azadlıq səsi olub. Bakı Təşəbbüs Qrupu bu prosesdə mühüm rol oynayır. Azərbaycan tərəfinin hələ əvvəldən arqumenti odur ki, bu yöndə hansısa bir fəaliyət Fransanın daxili məsələsinə qarışmaq deyil. Sadəcə olaraq Bakı Təşəbbüs Qrupu bir platformadır və həmin xalqların nümayəndələri bu platformadan istifadə etmək hüququna malikdirlər. Bu, beynəlxalq hüquqa qarşı olmayan bir məsələdir. Fransa bu mövqeyini davam etdirsə, Azərbaycan mövqeyi yenə belə olacaq. Azərbaycan beynəlxalq platformalarda Fransanın bu siyasətini ifşa etmək istiqamətində çalışa bilər.
Dəniz Pənahova
Median.Az
Nazir Bakının Yeni Kaledoniya da daxil olmaqla, Fransanın xarici ərazilərindəki proseslərə müdaxilə etdiyini iddia edərək, bu məsələyə xarici təsirlərin demokratiya və siyasi sabitliyə təhdidi kontekstində yanaşıb.
Fransanın bu mövqeyi iki ölkə arasındakı münasibətlərin gərgin olaraq qaldığı bir vaxtda diqqət çəkir. Parisin öz ərazilərindəki siyasi proseslərə görə Bakını ittiham etməsi isə Yeni Kaledoniya məsələsi ətrafında mübahisələri yenidən gündəmə gətirir.
Fransanın beynəlxalq platformada Azərbaycana qarşı növbəti ittihamlarla çıxış etməsi hansı siyasi niyyətlərdən qaynaqlanır? Rəsmi Bakı bu iddialara qarşı hansı hüquqi və siyasi arqumentləri irəli sürə bilər?
Məsələ ilə bağlı Median.Az-a açıqlama verən siyasi təhlilçi Asif Nərimanlı bildirib ki, Fransa daha öncələlər də bu cür mövqelər irəli sürüb.
Asif Nərimanlının sözlərinə görə, Fransa növbəti bir beynəlxalq tədbirdən platforma kimi istifadə edərək, Azərbaycanın ünvanına ittihamlar irəli sürməyə çalışır. Onlar tədbiri fürsət olaraq görür. Fransanın ümumi məqsədi Yeni Kaledoniyadakı real vəziyyəti gizlətməkdir. Orada insanlara edilən zülmlər, insan haqlarının pozulması, xalqların öz müqəddəratını təyin etmək hüququnun pozulması xarici qüvvələrin müdaxiləsi adı altında gizlətməyə çalışmaqdır.
Təhlilçi əlavə edib ki, onlar Azərbaycanı bir növ əsas səbəbkarlardan biri kimi hallandırırlar.Asif Nərimanlı hesab edir ki, Fransa tərəfi növbəti dəfə beynəlxalq tədbirdə bu məsələni yenidən gündəmə gətirir. Bunun kökündə Fransanın müstəmləkəsi altında olan bölgələrdə azadlıq hərəkatının hələ də davam etməsidir. Burada ən önəmli məsələdən biri də odur ki, Fransa tərəfi indiki halda daxilində olan etirazlarla bağlı bu addımı atır. Fransa əvvəllər də məhz Yeni Kaledoniyadakı etirazları susdurmaq, öz müstəmləkə ərazilərindəki real durumu gizlətmək, azadlıq etirazlarına qarşı zorakı yollarla müdaxiləni legitimləşdirmək üçün bu prosesdə xarici qüvvənin maraqlarını önə çəkir.
Fransanın iki məqsədindən bəhs edən siyasətçi qeyd edib:
"Birincisi, daxildəki etirazlar Makron başda olmaqla Fransa hökumətinin, rəhbərliyinin nüfuzuna zərər vurur. Fransanın maraqlarına xarici müdaxilə var kimi təbliğat qurmaqla diqqəti yayındırmağa çalışırlar. Bununla, həm daxili-ictimai rəydə yeni gündəm formalaşdırmaq, həm də beynəlxalq müstəvidə diqqəti dağıdır. İkinci əsas məqsəd isə Fransada artıq bir narahatlıq var. Fransada daxili etirazlar başlayandan mərkəzi hökumətin zəifləməsi yarana bilər. Fransanın müstəmləkəsi altında olan ərazilərdəki xalqlar etirazları mərkəzi hökumətin zəifləməsi kimi qəbul edərək, öz aksiyalarını daha da genişləndirə bilərlər. Bu da baş verərsə, Fransa yenidən güc təqdim etməyə məcbur olacaq.
Asif Nərimanlı sonda vurğulayıb ki, Fransa tərəfi belə bir ssenariyə qarşı güc tətbiqini legitimləşdirmək üçün indidən beynəlxalq ictimai rəyi manipulyasiya etməyə çalışır. Fransa tərəfi beynəlxalq tədbirdə Azərbaycanın adını hallandırmaqla, ictimai rəyi formalaşdırmağa çalışır. Buna qarşı Azərbaycanın da bu məsələdə əvvəldən öz arqumentləri var. Azərbaycan tərəfi Fransa müstəmləkəsi altında olan xalqların indiyə qədər azadlıq səsi olub. Bakı Təşəbbüs Qrupu bu prosesdə mühüm rol oynayır. Azərbaycan tərəfinin hələ əvvəldən arqumenti odur ki, bu yöndə hansısa bir fəaliyət Fransanın daxili məsələsinə qarışmaq deyil. Sadəcə olaraq Bakı Təşəbbüs Qrupu bir platformadır və həmin xalqların nümayəndələri bu platformadan istifadə etmək hüququna malikdirlər. Bu, beynəlxalq hüquqa qarşı olmayan bir məsələdir. Fransa bu mövqeyini davam etdirsə, Azərbaycan mövqeyi yenə belə olacaq. Azərbaycan beynəlxalq platformalarda Fransanın bu siyasətini ifşa etmək istiqamətində çalışa bilər.Dəniz Pənahova
Median.Az