Mojo.az Banner
SON DƏQİQƏ
16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |     13:03 Azərbaycanda daha bir zəlzələ oldu - Foto  |     12:51 Prezidentin baş nazirin müavini təyin etdiyi Teymur Musayev kimdir? - Dosye  |     12:42 Azərbaycanın yeni səhiyyə nazirinin dosyesi  |     12:33 Piyada səkilərini zəbt edənləri bu qədər cərimə gözləyir – Açıqlama  |     12:27 Anar Bayramov nazir təyin olundu - Sərəncam  |     12:21 Prezident Teymur Musayevi nazir vəzifəsindən azad etdi - Yeni təyinat  |     12:15 TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildi - Prezidentdən fərman  |     12:10 Alyona Əliyeva Luka Minnellinin Bakı konsertindən paylaşım etdi - Foto  |     12:09 Oğlu Ramiz Mehdiyev haqqında istintaqa nələri deyib? - Şok ifadə  |     12:08 Şamaxıda 7 yaşlı uşaq faciəli şəkildə öldü  |     12:06 Pensiyalar yeni qayda ilə hesablanacaq: Aylıq əlavələr kimlərə veriləcək?  |    
Mojo.az Avto
Mojo.az Avto

Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq

16.10.2026 18:10 276
Ermənistan Azərbaycan və Türkiyədən elektrik enerjisi alacaq
Ermənistan ehtiyac yaranarsa, qarşılıqlı olaraq elektrik enerjisi ala bilmək üçün enerji sistemlərinin Azərbaycanla birləşdirilməsi variantlarını müzakirə edir.

Median.Az
Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetməsi və infrastruktur naziri David Xudatyan məlumat verib.

Nazirin sözlərinə görə, mövcud infrastrukturun vəziyyətinin öyrənilməsi göstərib ki, nisbətən kiçikhəcmli investisiyalarla onu istismara tam hazır vəziyyətə gətirmək mümkündür.

Qars-Gümrü dəmir yolu infrastrukturu ilə bağlı da oxşar yanaşma nəzərdən keçirilir ki, bu da Ermənistana Türkiyədən elektrik enerjisi almağa və ya öz artıq enerjisini bu ölkəyə satmağa imkan verəcək.

Xudatyan qeyd edib ki, Ermənistanda əvvəllər elektrik enerjisi artıqlığı mövcud idi, baxmayaraq ki, bəzi fəsillərdə ölkə Gürcüstandan elektrik enerjisi alırdı. Lakin süni intellektlə bağlı müəssisələrdən gələn artan tələbat istehsal olunan bütün elektrik enerjisinin sərf olunmasına gətirib çıxara bilər. Nəticədə, qonşu ölkələrdən elektrik enerjisi almaq zərurətini istisna etmək olmaz.

Azərbaycanla enerji sahəsində əməkdaşlıq ehtimalını Metsamor atom elektrik stansiyasının (AES) baş direktoru Eduard Martirosyan da təsdiqləyib. Moskvada keçirilən "Rusiya Enerji Həftəsi" forumunda çıxış edən baş direktor qeyd edib ki, Ermənistan hazırda İran və Gürcüstanla enerji sektorunda əməkdaşlığı inkişaf etdirir, gələcəkdə isə Azərbaycanla da qarşılıqlı əlaqələrin qurulmasını planlaşdırır.скачать dle 11.3

Son xəbərlər