Mojo.az Banner
14:25 Masazırda 4 maşın yandı  |     14:13 Bəzi rayonlara qar yağıb - FAKTİKİ HAVA  |     14:12 Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqləndi  |     14:11 Azərbaycan nefti ucuzlaşdı  |     14:09 Bakıda it sahibi tərəfindən döyüldü - Video  |     14:01 Ov mövsümü başladı  |     13:51 Naxçıvanda məşhur kafedə dava: Barmen pivə bakalını müştərinin başına çırpdı  |     13:48 Elektromobillər su maneələrini niyə ənənəvi avtomobillərdən daha yaxşı keçir? - Ekspert rəyi  |     13:47 İstanbulda 150 milyon lirəlik mərc şəbəkəsi ifşa olundu  |     13:43 Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib  |     13:18 Azərbaycanda LGBT-nin fəaliyyəti qadağan edilir  |     13:08 Qadını şantaj edən gənc həbs olundu  |     12:34 Mingəçevirdə bədbəxt hadisə: 52 yaşlı kişi öldü  |     23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Daxili orqanında narkotik keçirmək istədi

16.01.2019 19:48 4 011
Daxili orqanında narkotik keçirmək istədi
Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr idarəsindən bildirilib ki, yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. Astara Rayon Mərkəzi Xəstəxanasında aparılan müayinə nəticəsində vətəndaşın düz bağırsağında 3 ədəd uzunsov formalı büküm olduğu müəyyən edilib.

Bükümlərə baxış zamanı, ümumi çəkisi 92 qram olan narkotik vasitə-tiryək, qablaşdırması ilə birgə ümumi çəkisi 1,7 qram olan kristal şəkilli psixotrop maddə - metamfetamin, qablaşdırması ilə birgə ümumi çəkisi 6 qram olan narkotik vasitə - heroin, üzərində “M40” yazılı 50 ədəd metadon və 38 ədəd “Clonazepam” həbləri aşkarlanıb.

Xatırladaq ki, metadon Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə, “Clonazepam” adlı dərman preparatı isə Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddədir. Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3
Mojo.az Banner