Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:51 Qış mövsümünün ən dəbli şalvar modelləri açıqlandı - YENİ TREND | 22:43 İnfarktın çoxlarının bilmədiyi əlaməti açıqlandı | 22:35 Dekabrdan bu 4 BÜRCÜN HƏYATI DƏYİŞİR | 22:30 Qaxda 30 ağac kəsildi, təbiətə 10 min ziyan dəydi - İki nəfər məsuliyyətə cəlb olundu | 22:22 Leyla Əliyeva Antalyada biomüxtəlifliyinin qorunması və ekosistemlərin bərpasını müzakirə edib | 22:17 İpoteka üçün müraciət edənlərin sayı açıqlandı | 22:10 Yolu piyada keçidindən keçmədi, həyatından oldu - VİDEO | 22:03 Sumqayıtda yol çökdü - Foto | 21:55 Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və "Lvbel C5"ə 5 il həbs cəzası istənilir | 21:50 Kirayəçi evi boşaltmaqdan imtina edərsə, ev sahibi onu dərhal çıxara bilərmi? (ŞƏRH) | 21:44 84 təşkilatda yoxlama: Dövlət büdcəsinə 107 milyon manat qaytarıldı | 21:43 İşdə məhəbbət macərası: DOST Agentliyinin müdir müavini işdən çıxarıldı | 21:39 Bakıda tələbələri şantaj edən şəxs saxlanıldı - KMBİ görüntüləri yaydı (VİDEO) | 21:38 Şirkətlərin gömrük kartlarından 247 minlik mənimsəmə - Vəzifəli şəxsə 6 il həbs cəzası verildi | 21:32 Gündə cəmi 7 min addım demensiya riskini azaldır - Mütəxəssisdən tövsiyə | 21:24 Vaxtı keçmiş mal satan mağazalar 6 min manat cərimələnəcək | 21:19 Saç düzümü insanın xarakterini göstərə bilər - Maraqlı məqamlar | 21:13 Premyer Liqanın ən yaxşı futbolçusu seçildi | 21:05 Gəncədə ər "Temu"dan tez-tez sifariş verən arvadını bıçaqladı | 21:00 Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək |
Mojo.az Avto
Mojo.az Avto

Bağırsağında narkotik keçirmək istəyən iranlı saxlanıldı

12.11.2018 15:50 2 021
Bağırsağında narkotik keçirmək istəyən iranlı saxlanıldı
Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda İrandan Azərbaycana gələn İran İslam Respublikasının vətəndaşı Mesgar Ali Mohammadesmaeil gömrük nəzarətindən keçərkən özünü şübhəli və narahat apardığı üçün saxlanılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və ona məxsus əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmet, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Tibbi müayinə nəticəsində vətəndaşın düz bağırsağından beş ədəd bükümdə, ümumi çəkisi 170 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə-heroin və beş ədəd “metadon” həbləri aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər