Mojo.az Banner
23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |    
Mojo.az Avto
Mojo.az Avto

İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb

01.05.2026 15:09 429
İlk rübdə Azərbaycanda mehmanxanalardakı yerlərin 82 faizi boş qalıb
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan (yerlərin sayı) istifadə səviyyəsi ölkə üzrə 18,1 faiz olmuşdur (81,9%-i boş. qalıb). Bu göstərici Qusarda 40,4 faiz, Naftalanda 39,9 faiz, Şabranda 34,3 faiz, Sabirabadda 29,4 faiz, Bakıda 26,9 faiz, Salyanda 22,0 faiz, Bərdədə 19,6 faiz, Ağdamda 17,8 faiz, Xankəndində 17,5 faiz, Beyləqanda 17,2 faiz, Lənkəranda 16,4 faiz, Şamaxıda 15,8 faiz, Qəbələdə 15,0 faiz, digər şəhər və rayonlarda isə 15,0 faizdən aşağı olmuşdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan (yerlərin sayı) istifadə səviyyəsi ölkə üzrə 18,1 faiz olmuşdur (81,9%-i boş. qalıb). Bu göstərici Qusarda 40,4 faiz, Naftalanda 39,9 faiz, Şabranda 34,3 faiz, Sabirabadda 29,4 faiz, Bakıda 26,9 faiz, Salyanda 22,0 faiz, Bərdədə 19,6 faiz, Ağdamda 17,8 faiz, Xankəndində 17,5 faiz, Beyləqanda 17,2 faiz, Lənkəranda 16,4 faiz, Şamaxıda 15,8 faiz, Qəbələdə 15,0 faiz, digər şəhər və rayonlarda isə 15,0 faizdən aşağı olmuşdur.

2026-cı ilin yanvar-mart aylarında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,8 faiz artaraq 493,6 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,9 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 12,8 faizi Rusiya Federasiyası, 12,6 faizi Türkiyə, 9,5 faizi Hindistan, 6,2 faizi Səudiyyə Ərəbistanı, 4,9 faizi İsrail, 4,4 faizi Pakistan, 3,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 3,5 faizi Çin, 3,3 faizi Qazaxıstan, 2,8 faizi Özbəkistan, 2,6 faizi Küveyt, 2,4 faizi ABŞ, 2,3 faizi Böyük Britaniya, 1,6 faizi Almaniya, 1,3 faizi İran, 1,0 faizi İtaliya, 0,9 faizi Gürcüstan, 0,7 faizi Ukrayna, 23,7 faizi isə digər ölkələrin vətəndaşlarının və vətəndaşlığı olmayan şəxslərin payına düşmüşdür.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 78,9 faizi Bakıda, 9,7 faizi Qusarda, 5,2 faizi Naftalanda, 2,0 faizi Qəbələdə, 1,2 faizi Qubada, 3,0 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrinin sayı 344,6 min olmuşdur ki, bu da ümumi gecələmələrin 41,1 faizini təşkil edir.

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2,9 faiz artaraq 128,7 milyon manat olmuşdur ki, onun da 58,2 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,3 faizi ictimai iaşə xidmətlərindən, 3,8 faizi müalicə və sağlamlıq xidmətlərindən, 10,7 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2026-cı ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə səviyyəsi ölkə üzrə 18,1 faiz olmuşdur (2025-ci ilin yanvar-mart aylarında 19,3 faiz). Bu göstərici Qusarda 40,4 faiz, Naftalanda 39,9 faiz, Şabranda 34,3 faiz, Sabirabadda 29,4 faiz, Bakıda 26,9 faiz, Salyanda 22,0 faiz, Bərdədə 19,6 faiz, Ağdamda 17,8 faiz, Xankəndində 17,5 faiz, Beyləqanda 17,2 faiz, Lənkəranda 16,4 faiz, Şamaxıda 15,8 faiz, Qəbələdə 15,0 faiz, digər şəhər və rayonlarda isə 15,0 faizdən aşağı olmuşdur.скачать dle 11.3
Mojo.az Banner