Mojo.az Banner
13:24 Bu gün Masallının bəzi kəndlərində qaz olmayacaq  |     13:23 Bakı ilk onluqda: Riyazi savadlılıq üzrə nəticələr AÇIQLANDI  |     13:21 Gürcüstanın cənubunda ard-arda iki zəlzələ baş verib  |     13:19 Boş qalan yerlərə qəbul ELAN EDİLDİ - İki gün vaxt var  |     12:56 Xəzərlə bağlı XƏBƏRDARLIQ: "Dəniz sahildən 12 kilometrədək uzaqlaşa bilər"  |     12:55 Qatar yolunda DƏHŞƏT: 24 yaşlı kişi öldü  |     12:51 Bakıda qızını bıçaqlayan qadına hökm oxundu  |     12:48 Azərbaycan neftinin qiyməti 107 dolları keçdi  |     12:47 UEFA Çempionlar Liqasında yeni mövsüm başlayır: İlk turun qarşılaşmaları  |     12:00 Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər - VİDEO  |     11:59 Akademik Pərviz Məmmədov vəfat edib  |     11:51 Ermənistanın dövlət borcu 14 milyard dolları ötüb  |     11:29 Azərbaycanın tanınmış rejissoru vəfat etdi  |     11:25 "Qarğıdalı" əkdi, çətənə çıxdı  |     11:24 İranda benzin iki dəfə bahalaşdı  |     11:16 Hacıqabulda AĞIR QƏZA: Ölənlər və yaralananlar var  |     23:02 İran TRIPP-lə bağlı Paşinyana xəbərdarlıq etdi  |     22:56 "Formula-1"in sabiq rəhbəri həbs olundu  |     22:51 Miqrantların növbəti ünvanı bu Avropa ölkəsi oldu  |     22:43 Bakıya leysan yağdı, küçələri su basdı - VİDEO  |    
Left Banner
Right Banner

İran bu ölkəyə hücum etdi

04.05.2026 20:38 429
İran bu ölkəyə hücum etdi
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan atılan 4 raket səbəbindən hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.
 
Median.Az bildirir ki, BƏƏ Milli Fövqəladə Hallar, Böhran və Fəlakətlərin İdarə Edilməsi İdarəsi bəyanat yayımlayıb:
 
“Hava hücumundan müdafiə sistemləri hazırda raket təhlükəsinə qarşı aktivləşdirilib"-deyə verilən bəyanatda vətəndaşlardan təhlükəsiz yerdə qalmaları və rəsmi orqanların xəbərdarlıqlarına əməl etmələri istənilib.

Bu arada, BƏƏ Müdafiə Nazirliyi İrandan ölkəyə yaxınlaşan 4 kruiz raketi aşkarlandığını, onlardan 3-ünün ölkənin ərazi suları üzərində uğurla ələ keçirildiyini, birinin isə dənizə düşdüyünü bildirib.

Bəyanatda ölkənin müxtəlif yerlərində eşidilən səslərin hava təhlükələrinin uğurlu qarşısının alınmasının nəticəsi olduğu bildirilir və vətəndaşlar rəsmi mənbələrdən məlumat almağa, faktları yoxlamağa və xəbərdarlıq mesajları alarkən təhlükəsizlik prosedurlarına riayət etməyə çağırılır. Qeyd edək ki, BƏƏ Daxili İşlər Nazirliyi də bu yaxınlarda ölkəyə qarşı mümkün raket təhdidləri ilə bağlı mobil telefonlara xəbərdarlıq mesajları göndərmişdi.

İranın pilotsuz təyyarə hücumundan sonra neft sənaye zonasında yanğın baş verib.
 
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandan gələn pilotsuz uçuş aparatının (PUA) hücumundan sonra Fuceyra neft sənaye zonasında yanğın baş verdiyini bildirib. Fuceyra Media Ofisinin açıqlamasında Fuceyra Neft Sənaye Zonasının İranın pilotsuz təyyarə hücumuna məruz qaldığı bildirilib. Bəyanatda əlavə edilib ki, hücum nəticəsində Fuceyra Neft Sənaye Zonasında yanğın baş verib və mülki müdafiə qrupları yayılan yanğını nəzarət altına almaq üçün müdaxilə edib.скачать dle 11.3
Mojo.az Banner