Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Bu şəxslər təhlükəsizlik kəmərindən istifadə etməyə BİLƏR

04.05.2026 20:30 477
Bu şəxslər təhlükəsizlik kəmərindən istifadə etməyə BİLƏR
Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər 40 manat cərimə olunur. Amma bunu bütün sürücülərə aid etmək olmaz.

Median.Az-ın məlumatına görə, hüquqşunas Asif Abdullayev metbuat.az-a açıqlamasında bildirir ki, hamilə qadınlara təhlükəsizlik kəmərindən istifadə etməməyə icazə verilir: “Yol hərəkəti haqqında" Qanunun 37-ci maddəsinin 6-cı hissəsində göztərilir ki, hamilə qadınlar təhlükəsizlik kəmərindən istifadə etməyə bilər. Amma hər bir halda təhlükəsizlik kəmərindən istifadə etməmək təhlükəlidir. Digər tərəfdən, hadisə baş versə hamilə qadının təhlükəsizlik kəmərindən istifadə etməsi ana bətnində olan uşağa xəsarət yetirə bilər. Bu səbəblə, hamilə qadınların avtomobildə daha ehtiyatlı olmaları lazımdır”.

Median.Az əlavə olaraq bildirir ki, 12 yaşa çatmamış uşaqlar və avtomibili geriyə idarə edərkən sürücülər də təhlükəsizlik kəmərindən istifadə etməyə bilərlər. Eyni zamanda, yaşayış məntəqəsində operativ nəqliyyat vasitələrini (polis, təcili yardım, yanğınsöndürən və s.-red.) idarə edənlər kəmər taxmaya bilərlər.

Son vaxtlar bəzi sürücülər kəmər taxmamaq üçün müxtəlif üsullara əl atırlar. Onların bəziləri həkimdən saxta arayış alaraq "ürəyim xəstədir" deməklə kəmər taxmamaqda özlərini haqlı saymağa çalışırlar. Lakin bildiririk ki, qanunverilcikdə bu cür istisna hal yoxdur. Əksinə, siz "ürək xəstəliyinə dair" sənədi yol polisi inspektoruna təqdim edərək özünüzü haqlı çıxarmağa çalışarkən haqsız duruma düşə bilərsiniz. Çünki qanunvericiliyi yaxşı bilən inspektor ürəyi xəstə olan sürücünün sükan arxasına öyləşib maşın sürməsinin təhlükəlı olması barədə yuxarı instansiyalar qarşısında məsələ qaldıraraq sizi sürücülük hüququndan məhrum edə bilər. Ən yaxşı halda isə sizi dərhal avtomobildən düşürüb maşını cərimə meydançasına aparacaq. Nə vaxt siz sağlam bir sürücü tapıb gətirsəniz, o zaman avtomobil sizə qaytarılar.../avtosfer.azскачать dle 11.3
Mojo.az Banner