Mojo.az — elanlar
Son Xəbərlər
22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |     19:07 İcbari tibbi sığorta ilə alınan dərmanların siyahısı genişləndiriləcək  |     19:04 Sabah paytaxtın iki rayonunda qaz olmayacaq  |    
Mojo.az Avto
Mojo.az Avto

Süni intellekt xəstələrə həkimlərdən daha dəqiq diaqnoz qoydu (TƏDQİQAT)

04.05.2026 21:28 546
Süni intellekt xəstələrə həkimlərdən daha dəqiq diaqnoz qoydu (TƏDQİQAT)
Alimlər süni intellektin pasiyentlərə nə qədər dəqiq diaqnoz qoya bildiyini yoxlayıblar. Nəticə gözlənilməz olub.

Bu barədə "TechCrunch" yazır.

Bildirilir ki, Harvard Tibb Məktəbi və Beth Israel Deaconess Tibb Mərkəzinin həkimləri və kompüter mütəxəssislərinin rəhbərliyi altında aparılan yeni araşdırmada "OpenAI"ın dil modelləri həkimlərin işi ilə müqayisə edilib.

Təcrübələrdən birində alimlər Beth Israel xəstəxanasının təcili yardım şöbəsinə düşən 76 pasiyentə fokuslanıblar. Burada iki terapevt həkimin qoyduğu diaqnozlar "OpenAI" o1 və 4o modellərinin verdiyi diaqnozlarla müqayisə edilib. Daha sonra bu nəticələr, kim tərəfindən verildiyini bilməyən iki digər həkim tərəfindən qiymətləndirilib.

Tədqiqatçılar bildiriblər ki, "o1” modeli hər mərhələdə ya bir qədər daha yaxşı nəticə göstərib, ya da həkimlərlə və "4o” modeli ilə eyni səviyyədə olub.

Alimlərin sözlərinə görə, ən böyük fərq ilkin diaqnostika mərhələsində müşahidə olunub. Bu mərhələdə pasiyent haqqında məlumat məhdud olur və düzgün qərar vermək daha çətin sayılır.

Araşdırmada qeyd olunur ki, süni intellekt modellərinə elektron tibbi kartlardakı eyni məlumatlar verilib və heç bir əlavə emal aparılmayıb.

Tədqiqat nəticələrinə görə, "OpenAI" o1 modeli halların 67%-ində dəqiq və ya dəqiqə yaxın diaqnoz qoyub. Müqayisə üçün bir həkim 55%, digəri isə 50% hallarda eyni nəticəni əldə edib.

"Biz süni intellekt modelini demək olar ki, bütün meyarlar üzrə sınaqdan keçirdik və o, həm əvvəlki modelləri, həm də həkimlərin baza göstəricilərini üstələdi”, deyə Harvard Tibb Məktəbinin süni intellekt laboratoriyasının rəhbəri və tədqiqatın aparıcı müəlliflərindən biri Arjun Manray bildirib.

Beth Israel həkimi Adam Rodman isə "The Guardian”a açıqlamasında bildirib ki, hazırda xəstələr həyatla bağlı kritik qərarlarda hələ də həkimlərə daha çox güvənirlər, süni intellektə deyil.

Tibb sahəsi ilə bağlı ekspertlər isə qeyd edirlər ki, süni intellekt nəticələri perspektivli olsa da, real klinik təcrübədə həkimlərin yerini tam əvəz edə bilməz və bu cür müqayisələr yalnız məhdud kontekstdə dəyərlidir.
//qaynar.az

Son xəbərlər