Mojo.az Banner
13:13 Qadını ütü ilə vuran şəxs: "Gizlin şəkildə telefon işlədirdi"  |     13:04 Qusarda toydan çıxan qonaqlar arasında dava: Xəsarət alan var  |     12:27 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     12:22 Məşhur yunan müğənni 54 yaşında öldü  |     12:20 Xocalıda mina partlayıb, ANAMA əməkdaşı xəsarət alıb (Yenilənib)  |     12:14 Şəkidə istirahət mərkəzində iki nəfərin ölməsi faktı ilə bağlı cinayət işi başlanıb  |     12:11 Azərbaycan neftinin qiyməti 113 dolları keçib  |     12:09 Dərindən nəfəs ala bilməmək təhlükəli xəstəliklərin əlaməti ola bilər  |     12:07 UEFA Çempionlar Liqasında birinci tur həyəcanı yekunlaşır  |     11:59 ABŞ-də ən böyük kriptovalyuta oğurluğu: 22 yaşlı haker 245 milyon dollarlıq "Bitcoin" ələ keçirdi  |     11:47 Bakıda toy zamanı transformator yandı, məclis yarımçıq qaldı - Hadisə yerindən GÖRÜNTÜLƏR - VİDEO  |     11:44 KİV: İran gizli nüvə inşaatını fəallaşdırıb  |     11:41 Arvadını döyən stomatoloq: "Evdən 100 min manat götürdüyümü dedi, üzümə tüpürdü"  |     11:40 Dövlət işçilərinə maaş əlavələri və mükafatlar necə veriləcək? - Yeni qaydalar  |     11:34 İmişlinin bəzi ərazilərində qaz olmayacaq  |     11:27 Gəncədə yeniyetmə bıçaqlandı, şübhəli şəxs saxlanıldı  |     11:25 Bu tarixdən taksi qiymətləri BAHALAŞACAQ  |     11:18 Azərbaycanın sabiq baş konsulu külli miqdarda qızıl qaçaqmalçılığında ittiham olunur  |     23:01 Bakıda mağazada qadın döyüldü  |     22:57 Ledi Qaqa gizlicə ərə gedib  |    
Left Banner
Right Banner

Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olundu

04.05.2026 22:11 660
Yetkinlik yaşına çatmayan övladını evləndirmək istəyən ata həbs olundu
Yetkinlik yaşına çatmayan övladını məcburi evliliyə cəlb etmək istəyən ata inzibati qaydada həbs olunub.

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsindin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Teymur Mərdanoğlunun Oxu.Az-a verdiyi məlumata görə, Şəki Şəhər İcra Hakimiyyəti yanında Uşaq Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya daxil olmuş məlumat əsasında aparılan araşdırma zamanı 16 yaşına çatmayan Şəki rayon sakininin valideyni tərəfindən nişanlanmaya cəlb edildiyi faktı müəyyən edilib.

Məsələ ilə bağlı məlumat dərhal Şəki Şəhər Rayon Polis Şöbəsinə ötürülüb. Polis əməkdaşları tərəfindən valideyn barəsində İnzibati Xətalar Məcəlləsinin 189-1-ci maddəsinə əsasən protokol tərtib edilərək, materiallar baxılması üçün Şəki Rayon Məhkəməsinə təqdim olunub.

İşə məhkəmədə baxılarkən müvafiq qurumların nümayəndələrinin və digər prosessual şəxslərin iştirakı ilə məsələyə hüquqi qiymət verilib. Nəticədə valideyn qeyd olunan maddə üzrə təqsirli bilinərək bir ay müddətinə inzibati həbs edilib.скачать dle 11.3
Mojo.az Banner