Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Samuxda ölümlə nəticələnən avtoqəzanın səbəbi AÇIQLANDI

29.01.2026 11:28 546
Samuxda ölümlə nəticələnən avtoqəzanın səbəbi AÇIQLANDI
Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsinin səbəbi açıqlanıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilib ki, ağır qəza sürücünün sükan arxasında mobil telefondan istifadə etməsi üzündən baş verib:

"Samux rayon sakini Rəşid Məmmədov idarə etdiyi "QAZel" markalı mikroavtobusla istixanada çalışan həmkəndlilərini işə apararkən diqqətinin mobil telefona yönəlməsi səbəbindən nəqliyyat vasitəsinə nəzarəti itirib. Avtomobilin yoldan çıxaraq aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi zamanı 26 yaşlı sərnişin Vüqar Əsgərov hadisə yerində həyatını itirib.

Məlumata görə, V.Əsgərovun atası da bir müddət əvvəl yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Baş verən bu faciə sükan arxasında diqqəti yayındıran hərəkətlərin nə qədər ağır faciələrə səbəb olduğunu bir daha açıq şəkildə göstərir. Mobil telefondan istifadə sürücünün reaksiyasını və idarəetmə imkanlarını kəskin şəkildə məhdudlaşdırır, nəticədə nəqliyyat vasitəsinin təhlükəsiz idarə olunmasını mümkünsüz edir.

Sürücülər nəzərə almalıdırlar ki, nəqliyyat vasitəsini idarə edərkən diqqətsizlik sadəcə qayda pozuntusu deyil, insan həyatına birbaşa təhlükə yaradan ciddi məsuliyyətsizlikdir".скачать dle 11.3
Mojo.az Banner