Mojo.az Banner
13:41 Azərbaycanda tanınmış idmançı HƏBS EDİLDİ - FOTO  |     13:36 Azərbaycanda yeni iş yerləri yaradılacaq  |     13:32 Azərbaycanda dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiq edilib  |     13:19 37 yaşlı musiqiçi evində ölü tapıldı  |     13:11 Bakıda səfərdə olan Ermənistanın kəşfiyyat rəhbəri İrəvana niyə gec qayıdıb?  |     13:02 Paşinyan: "İlk növbədə Azərbaycanla dəmir yolu əlaqəmiz yaranacaq"  |     13:01 Azərbaycan nefti bahalaşdı  |     12:53 Evdə hazırlanan qidalara görə cərimələr tətbiq olunacaq? - RƏSMİ CAVAB  |     12:43 Məmməd Musayevə qarşı cinayət işi açıldı - İLGİNC TƏFƏRRÜAT  |     12:39 Bakıda bir marşrutun hərəkət sxemi dəyişdirildi  |     12:38 Ceyhun Bayramov Donald Trampın təşkil etdiyi qəbulda olub  |     12:36 Azərbaycana payız gəldi  |     12:34 Bakıda xəstəxana pasiyentlərin yeməyini kəsir? - Video  |     12:28 Reper Ciqan işçilərini girov götürüb, mühafizəçisini güllələdi  |     12:26 Özbəkistan Naxçıvan-Türkiyə dəmir yolu layihəsinə qoşula bilər  |     12:09 Bakı aeroportunda pul tapdı, dilənçilərə 3 min manat payladı  |     12:06 "Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası - Video  |     11:41 Əfv edilənlərin arasında Martin Ryan da var  |     11:39 Qızılın qiyməti düşür – Azərbaycanda nə qədər ucuzlaşa bilər?  |     11:36 Sürücülərin NƏZƏRİNƏ: Tıxaca düşməmək üçün bu yolları seçin  |    
Mojo.az Avto
Mojo.az Avto

Valideynlərindən xəbərsiz sükan arxasına keçən 16 yaşlı oğlan həyatını itirdi

22.08.2024 18:08 1 782
Valideynlərindən xəbərsiz sükan arxasına keçən 16 yaşlı oğlan həyatını itirdi
"Bu gün Şamaxı rayonunun Əngəxana kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib".
Bununla bağlı oxu.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev məlumat verib
.

"Hadisə bu gün saat 13:10-da Şamaxı rayonunun Əngəxana kəndi ərazisində baş verib. Kənd sakini 2008-ci il təvəllüdlü Emil Oqtay oğlu Əsgərov atasına məxsus VAZ-2106 markalı 10-GM-271 dövlət qeydiyyat nişanlı avtomobili valideynindən xəbərsiz götürərək yaşadığı Əngəxana kəndi ərazisində yüksək sürətlə hərəkət edərkən sərt döngədə idarəetməni itirib. İdarəetmədən çıxan avtomobil yoldan çıxaraq əvvəlcə yol kənarındakı ağaca çırpılıb, sonra isə dərəyə yuvarlanıb. Hadisə nəticəsində sükan arxasında olan 16 yaşlı oğlan həyatını itirib.

Baş Dövlət Yol Polisi İdarəsi olaraq bir daha valideynlərdən övladlarını nəzarətsiz qoymamağı, nəqliyyat vasitələrini idarə etməyin təhlükəli olmasını onlara aşılamağı xahiş edirik ki, sonrada bərpası mümkün olmayan itkilərə yol açılmasın",- deyə məlumatda vurğulanır.

скачать dle 11.3
Mojo.az Banner