Mojo.az Banner
15:32 Bu gün Bakıda Azərbaycan-Kamboca biznes forumu keçirilir  |     15:30 Ermənistan İK Azərbaycan hərbçisi ilə bağlı insidentdə yaralanan qadın zərərçəkmiş qismində tanıdı - Foto  |     15:28 Azərbaycanda pensiya ödənişləri 10 faiz artıb  |     15:24 Yasamalda məktəbi yandırmağa cəhd etdilər - Foto  |     13:03 Vahid məktəbli forması uşaqların da xoşuna gəlir – Deputat  |     12:59 Hökmü gözlənilən 74 yaşlı qadın axtarışa verildi  |     12:44 Zaqatalada 14 yaşlı qız faciəli şəkildə öldü  |     12:35 Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü  |     12:29 Hərbi xidmətə çağırışda pozuntular aşkarlandı: 8 nəfərə cinayət işi açıldı, işdən çıxarılanlar var  |     12:23 Toyuq əti yeyən kişilərdə qadınlaşma gedir? — ŞOK Faktlar  |     12:03 Qazaxda avtomobil bir piyadanı vurdu, üç nəfər xəsarət aldı  |     11:26 Uşağınız dərsə getmirsə, bu xəbəri oxuyun – Valideynləri cərimə gözləyir?  |     11:07 Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı  |     23:01 Yuxuya getməyi asanlaşdıran 7 qida  |     22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Məhkumlara azadlıq vədi verən şəxsə elektron qolbaq taxıldı

09.01.2024 16:01 939
Məhkumlara azadlıq vədi verən şəxsə elektron qolbaq taxıldı
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Samir Qəhrəmanovun (ad, soyad şərti) barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti və apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Binəqədi Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, təqsirləndirilən şəxsə təyin edilmiş 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası üç il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası ilə əvəz edilib. Samir Qəhrəmanovun həbsdə saxlanıldığı 1 il 20 gün müddət, azadlıqdan məhrumetmə cəzasının müddətinin bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın iki günü hesabı ilə hesablanmaqla 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılıb. Beləliklə o, qəti olaraq 10 ay 20 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

İttihama görə, Samir Qəhrəmanov zərərçəkmiş A.A.-nın (şərti) etibarından sui-istifadə edərək, onun Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan cinayət işi üzrə həbs edilmiş tanışlarını həbsdən azad etdirəcəyini yalan vəd verib. Təqsirləndirilən şəxs bu yolla həmin şəxsdən ümumilikdə 35 000 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib. Daha sonra vədinə əməl etməyən Samir Qəhrəmanov cinayət məsuliyyətinə cəlb olunub.скачать dle 11.3
Mojo.az Banner