Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:05 Sabah Bakıda külək güclənəcək - Xəbərdarlıq | 16:06 Jurnalist Elnur Şükürov həbs edildi | 16:04 Biləsuvarda 35 yaşlı kişi anasının məzarı üstündə ölü tapıldı | 15:46 Şagird sevdiyi qıza görə 16 yaşlı həmkəndlisini bıçaqladı | 15:44 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib | 15:41 Tofiq Əliyev dünya çempionatında gümüş medal qazandı | 15:27 İlham Əliyev Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış olub - Foto | 15:24 Bakı-Şamaxı yolunda mikroavtobus aşdı: Ölən və yaralanan var | 15:23 Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı | 15:14 İlham Əliyev bir nəfərə "general-leytenant", üç nəfərə "general-mayor" rütbəsi verdi | 15:11 Prezident Ağdamda ortopedik döşək istehsalı müəssisəsinin açılışında iştirak edib - FOTO | 15:08 Sabah Bakıda intensiv yağış yağacaq | 14:52 İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı | 14:29 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub - FOTO | 14:12 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - FOTO | 14:09 İranda nüvə hücumuna hazırlıq başladı: Əhaliyə yod paylayır | 14:07 Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi | 14:05 Azərbaycan nefti bahalaşıb | 13:58 Tramp marşrutu üzrə texniki planlaşdırmanın detalları açıqlandı | 13:57 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib - FOTO |
Mojo.az Avto
Mojo.az Avto

Dələduzluq edən şəxsin bəraət hökmü dəyişdirildi

28.08.2024 12:31 1 338
Dələduzluq edən şəxsin bəraət hökmü dəyişdirildi
Şirvan Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Səbuhi Əsmanzadənin barəsindəki hökmdən dövlət ittihamçısı tərəfindən verilən apelyasiya protesti və zərərçəkmişin apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, protest və şikayət qismən təmin edilib, Gəncə Şəhər Məhkəməsinin çıxardığı bəraət hökmü ləğv olunub, iş üzrə ittiham hökmü çıxarılıb. Belə ki, 3 il 4 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası verilib.

İttihama görə, Səbuhi Əsmanzadə "Instagram" sosial şəbəkəsində şəklini yerləşdirdiyi mebel dəstini satacağı barədə yalan məlumat verərək 9 zərərçəkmişə qarşı 12 362 manatlıq dələduzluq edib.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə ona bəraət hökmü verilmişdi. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlər apellyasiya şikayəti vermişdilər.

Son xəbərlər