Mojo.az Banner
23:00 Yeməkdən sonra piyada gəzmək mütləqdir?  |     22:53 Bu 3 bürc üçün uğurlu dövr başlayır – Xoş xəbərlər gələcək  |     22:48 Azərbaycanda qadınlar kişiləri bu statistikada üstələyirlər  |     22:40 Taksi sürücüsünə qaz xətti çəkdirmək istədi, dələduzluğun qurbanı oldu  |     22:35 Qəbələdə məşhur otelin sahibi "Şaxta baba"nı döydüyü üçün cəzalandırıldı  |     22:28 İdmançı şou zamanı rinqdə 75 yaşlı hakimin ölümünə səbəb oldu  |     22:22 Oktyabrda belə dənizdə üzmək mümkün olan Avropa ölkəsi  |     22:15 Çuğundur şirəsi məşqi daha effektiv edə bilər: Onu nə vaxt içmək yaxşıdır?  |     22:09 Naxçıvanda dövlətin 245 milyon manatı necə "yeyilib"? - DETALLAR  |     22:01 Xalq şairinin adından saxta səhifə ilə uyğunsuz qruplara dəvətlər edilir  |     21:56 Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur  |     21:50 Abşeronda 23 motoxuliqan saxlanıldı - VİDEO  |     21:42 Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək? (VİDEO)  |     21:37 Cənubi Koreya Kiyevdəki səfirini geri çağırır  |     21:30 Sumqayıtda ötən ay dənizdə batan 82 yaşlı kişinin meyiti tapıldı  |     21:24 Ermənistanda hərbi xidmətə çağırış yaşı artırıldı  |     21:15 Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - VİDEO  |     21:10 Bakıda bir manat 3 il həbsə səbəb oldu  |     21:03 100 milyon təklif olundu, qəbul etmədi  |     20:48 Bu gün yaralanan çobanın atası da minaya düşdü - YENİLƏNİB  |    
Mojo.az Avto
Mojo.az Avto

Avtoyuma məntəqəsində 50 qəpiyə görə köməkçini döydü

17.10.2023 14:30 2 007
Avtoyuma məntəqəsində 50 qəpiyə görə köməkçini döydü
Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən C.Əminovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Xətai Rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Təqsirləndirilən şəxsin 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası yüngülləşdirilərək ona 2 000 manat cərimə cəzası təyin olunub.

İttihama görə, hadisə 22 yanvar 2023-cü il tarixdə, saat 14:00-da Xətai rayonu ərazisində yerləşən “50 qəpik” avtoyuma məntəqəsində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü C.Əminov özünə məxsus “Honda” markalı maşınını yumaq üçün aparata daxil edilməsindən ötrü bütöv 50 qəpikliyi olmadığından məntəqədə köməkçi işləyən zərərçəkmiş M.Həsənovdan istəyib, lakin rədd cavabı alıb. Daha sonra o, zərərçəkmiş şəxsə nalayiq sözlər deyərək yumruqla bir neçə dəfə sifət nahiyəsinə vurub. İstintaq dövründə C.Əminovun barəsində Cinayət Məcəlləsinin başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.скачать dle 11.3
Mojo.az Banner