Mojo.az Banner
21:59 Türkiyə-Ermənistan sərhədi açılır? - İrəvandan YENİ AÇIQLAMA  |     21:53 Ermənistandan Azərbaycana alüminium folqa ixrac edilib  |     21:45 Marketdə vaxtı keçmiş "NAN" uşaq yeməyi satılır - ŞİKAYƏT  |     21:40 Ajda Pekkan 80 yaşında su idmanına başladı  |     21:34 Ağıllı eynək qalmaqalı böyüyür – Qadınları gizli çəkib internetdə yayırmışlar  |     21:26 Gözlənilməz hadisələr YAŞANACAQ - Diqqət!  |     21:21 Bəzi avtobus marşrutları müsabiqəyə çıxarılır  |     21:13 Pünhanın 2 min nəfərlik toyunda qalmaqal: Müğənni ilə tamada arasında mübahisə  |     21:08 Çin süni intellekt serverlərini okeanın dibinə yerləşdirdi  |     21:01 İki metrostansiyadan ödənişsiz istifadə nə vaxtadək davam edəcək? (VİDEO)  |     20:56 Bankomatda hesabı açıq qoydu - Başına iş gəldi  |     20:49 Nömrə satışı adı altında 3 600 manatlıq dələduzluq  |     20:44 Bakıda yarımçıq tikilidə yeddi ailənin təhlükəli həyatı (VİDEO)  |     20:36 Formula 1 Bakının iqtisadiyyatına nə qədər təsir edir?  |     20:31 Bakıda mənzillər sürətlə bahalaşır: Son vəziyyət (VİDEO)  |     20:18 Üzümün faydaları: Kimlər onu böyük porsiyalarla yeməməlidir?  |     20:10 Gələn il orta illik inflyasiya nə qədər olacaq?  |     20:03 Telefonla danışmayın, ağacların altında dayanmayın! - Nazirlikdən xəbərdarlıq  |     19:56 Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb  |     19:51 Mal əti bahalaşdı - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Tibb işçilərinin maaşları artırılacaq? - VACİB AÇIQLAMA

11.02.2026 22:47 453
Tibb işçilərinin maaşları artırılacaq? - VACİB AÇIQLAMA
Azərbaycanda tibb işçilərinin aldıqları məvacib son illərdə cəmiyyətin ən çox müzakirə etdiyi sosial-iqtisadi məsələlərdən biridir.

BAKU.WS-in məlumatına görə, xüsusilə səhiyyə sistemində aparılan islahatlar, dövlət və özəl sektor arasında fərqlər, eləcə də həkim və orta tibb personalının iş yükü bu mövzunu daha da aktuallaşdırır.

Bir tərəfdən əhalinin keyfiyyətli tibbi xidmətə çıxışı prioritet sayılırsa, digər tərəfdən bu xidməti göstərənlərin sosial rifahı və maddi təminatı diqqət mərkəzində dayanır.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc hesab edir ki, səhiyyə sektorunda həm rəsmi, həm də qeyri-rəsmi gəlir mexanizmləri mövcuddur:

"İstər dövlət, istərsə də özəl tibb müəssisələrində rəsmi maaşlar bir çox hallarda yüksək hesab edilmir. Bu səbəbdən həkimlər və digər tibb işçiləri bir neçə tibb müəssisəsində çalışaraq aylıq gəlirlərini formalaşdırırlar.

Uzun illər mövcud olmuş qeyri-rəsmi ödənişlər sistemi müəyyən mənada aşağı rəsmi maaşları kompensasiya edib. Lakin bu, sistemli və arzuolunan model hesab edilə bilməz. Səhiyyə sahəsində şəffaf və yüksək rəsmi əməkhaqqı sistemi qurulmalıdır. Əks halda, paralel gəlir mexanizmləri qalmaqda davam edəcək".

V.Orucun fikrincə, səhiyyə sistemində islahatlar davam etdikcə rəsmi maaşların mərhələli şəkildə artırılması daha real görünür:

"Bu isə həm tibbi xidmətin keyfiyyətinə, həm də vətəndaş məmnuniyyətinə müsbət təsir göstərə bilər. Uzunmüddətli perspektivdə tibb işçilərinin sosial rifahının yüksəldilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmalıdır".скачать dle 11.3
Mojo.az Banner