Mojo.az Banner
17:45 Moskvada yanğında 8 nəfər ölüb  |     17:36 Dünya çempionatında sarı vərəqə qaydaları dəyişir? - YENİ QƏRAR  |     15:57 Bu istiqamətdə əlavə qatar reysləri təyin edildi  |     15:51 Nazir oğlunu aldadan məşhur maliyyəçiyə qarşı başqa ittihamlar var imiş - TƏFƏRRÜAT  |     15:50 Baş nazirdən YENİ QƏRAR: İki şirkət siyahıdan çıxarıldı  |     15:46 Azərbaycan və Belarus sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq  |     15:45 "ASAN xidmət" modelinin Qvineyada tətbiqinə dair Saziş təsdiq edildi  |     15:38 Ali Məhkəmə Zaur Baxşəliyevlə bağlı QƏRAR VERDİ  |     15:36 Yol polisindən hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT  |     15:32 "İdrak" liseyində güllələnən müəllimə İŞDƏN ÇIXDI  |     15:28 İmişlidə 39 yaşlı qadın dəm qazından boğularaq ölüb  |     13:59 AKİ-də seçki yaxınlaşır: O aktrisa favorit kimi göstərildi  |     13:54 Mollalar dini biznesə çevirib? – İlahiyyatçıdan QALMAQALLI AÇIQLAMA  |     13:46 Əlilliyi olanlara "yararlı" rəyi verilir? – RƏSMİ AÇIQLAMA  |     13:44 Dövlət məktəblərində xarici dildə təhsil almaq üçün qəbul qaydası dəyişdi  |     12:45 "Sumqayıt" 50-yə çatdı  |     12:44 Bakıda bir yaşlı körpə müayinəyə aparıldığı xəstəxanada öldü  |     12:43 Qızıl və gümüş ucuzlaşdı  |     12:42 Ali məktəbə qəbul imtahanı verəcək abituriyentlərin NƏZƏRİNƏ  |     12:40 Ölkədə yağış və güclü külək davam edir - FAKTİKİ HAVA  |    
Left Banner
Right Banner

Naxçıvanda həkimlərin maaşı ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb

17.10.2023 18:47 705
Naxçıvanda həkimlərin maaşı ilə bağlı yeni qaydaların tətbiqinə başlanılıb
Naxçıvan Muxtar Respublikası (NMR) Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsinin yeni təsdiq olunmuş qaydaları tətbiq edilməyə başlanılıb.

Yeni qaydaların tətbiqinin əsas məqsədi NMR Səhiyyə Nazirliyinin tabeliyindəki tibbi sığorta əsasında fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin qarşılığı olan layiqli həyat səviyyəsinə uyğun əməkhaqqı ilə təmin edilməsi, peşəkarlığının və səriştələrinin yüksəldilməsinə maraqlarının artırılması, səhiyyə işçilərinin fəaliyyətinin qiymətləndirilməsi və ölçülməsi əsasında əməyinin ödəniş sisteminin tənzimlənməsinə imkan yaratmaqdır.

Qaydalara əsasən səhiyyə işçilərinin əməyində iqtisadi səmərəliliyin təmin edilməsi və işin nəticələrinə maddi marağının gücləndirilməsi məqsədilə tibb müəssisələrində tibb və qeyri-tibb işçisinin xidməti fəaliyyətinin iqtisadi və kəmiyyət göstəricilərinə əsasən aylıq həvəsləndirici əlavələr verilib.

Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr sabit aylıq həvəsləndirici əlavələr və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində ayrı-ayrı hesablanıb.

Beləliklə, artıq səhiyyə işçilərinin, xüsusilə həkimlərin əməkhaqları bir neçə mənbədən formalaşır. Aylıq vəzifə (tarif) maaşı, aylıq sabit həvəsləndirici əlavələr, işin nəticəsinə görə həvəsləndirici əlavələr, əmək şəraitinə görə ödənilən əlavə və qanunvericiliklə nəzərdə tutulmuş digər ödənişlər.

Həkimlərə verilən işin nəticəsinə görə həvəsləndirici əlavələr göstərilən tibbi xidmətin tarifinə görə dəyişır. Tibbi xidmətlərin tarifləri Xidmətlər Zərfi ilə tənzimlənir. Bundan əlavə, həkim cərrahi fəaliyyətlə məşğul olduğu halda icra edilən əməliyyat və tibbi prosedurlara görə də Xidmətlər Zərfindəki tariflərə uyğun olaraq əlavələr ala bilirlər.

Əməkhaqqının ödənilməsinin yeni Qaydalarına əsasən orta və kiçik tibb işçilərinin də əmək haqqında artım olub, rayon xəstəxanalarında və kənd ambulatoriyalarında çalışan tibb bacılarının da əməkhaqqı yeni qaydalara əsasən artımla ödənilib.

Qeyd edək ki, əməkhaqqının hesablanmasına xəstəxanaların kateqoriyaları da təsir edir. Muxtar respublika üzrə NMR Xəstəxanası və Perinatal Mərkəz 3D kateqoriyasında müəyyənləşib, digər xəstəxanalar isə müvafiq olaraq 2C, 2D kategoriyasındadırlar.скачать dle 11.3
Mojo.az Banner