Mojo.az Banner
13:54 Azərbaycanın axtarışa verdiyi şəxs tapıldı: Bakıya gətirildi  |     13:53 İstanbula uçan təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi  |     13:27 Ağstafada müəllimlər arasında dava: Xəsarət alan var - Araşdırma başladı (Yenilənib)  |     13:12 Azərbaycanda yeni agentlik fəaliyyətə başlayıb  |     12:56 "Baykar"ın yeni PUA-sının ilk ixracı Azərbaycana edildi  |     12:52 İşçilərin nəzərinə: Ezamiyyə qaydaları dəyişdi  |     12:15 Azərbaycan nefti bahalaşdı - Son qiymət  |     12:11 Bu gündən heç kim adınıza onlayn kredit götürə bilməyəcək - Yenilik  |     12:10 Azad olunmuş ərazilərdə ilk dəfə genişmiqyaslı birgə hərbi təlim keçirilir  |     12:07 Gecə saatlarında iki ölkədə güclü zəlzələ  |     11:46 Qonşusunun həyətinə girdi, sifətindən bıçaqlandı  |     11:44 Sükan arxasında ailə mübahisəsi ölümcül ola bilər  |     11:33 Həyət evinin qarşısında bunu edənlərin diqqətinə – 12 min manat cərimə oluna bilərsiniz  |     11:28 Astroloqdan xəbərdarlıq: Bu ay plastik əməliyyatlardan uzaq durun  |     11:26 Pakistanda azərbaycanlı qızı təcavüzkarlara satan qadın saxlanıldı  |     11:24 İran rialının ucuzlaşması Azərbaycanda malları ucuzlaşdıracaq? Ekspertdən AÇIQLAMA  |     11:21 "TikTok" Azərbaycanda vergi uçotuna alındı  |     23:01 Robotla Bakının mərkəzində gəzdi - Video  |     22:55 Arıqlama dərmanı xərçəng riskini artırır? - Alimlərdən açıqlama  |     22:48 Putini qoruyan 4 nəfər kimdir?  |    
Mojo.az Avto
Mojo.az Avto

Tibb işçiləri ictimai nəqliyyatın olmadığı həftə sonları işə necə gəlməlidir? - RƏSMİ AÇIQLAMA

08.07.2020 16:20 1 002
Tibb işçiləri ictimai nəqliyyatın olmadığı həftə sonları işə necə gəlməlidir? - RƏSMİ AÇIQLAMA
Ölkədə koronavirusa yoluxma hallarının sayı günbəgün artır. Bunun qarşısının alınması üçün iyul ayının 20-nə qədər həftə sonları sərt karantin rejimi çərçivəsində ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyulub. Yalnız lisenziyası olan taksi xidmətlərinin işləməsinə icazə verilir.

Bu məsələ sosial şəbəkələrdə bir sıra müzakirələrə səbəb olub. Belə ki, həftə sonları ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyulması və vətəndaşların SMS icazə ilə hərəkətinin tənzimlənməsi (iş icazəsi olan şəxslər istisna olmaqla) bir tərəfdən müsbət qarşılanır. Lakin digər tərəfdən, həftəsonu olmasına baxmayaraq, müvafiq səhiyyə müəssisələrində çalışan tibbi personalın işə gediş-gəlişində çətinliklər yaranır.

Bununla bağlı olaraq, sosial şəbəkədə müxtəlif paylaşımlar, müzakirələr aparılıb. Taksi xidmətlərinin qiymətini nəzərə alsaq, tibb işçilərinin orta aylıq əmək haqqı o qədər də çox deyil ki, hamısı taksidən istifadə edə bilsin. Pandemiya xəstəxanalarında çalışan həkimlərin işə gəlib-getməsi üçün zəruri olan şərait yaradılıb. Bəs digər poliklinika və xəstəxanalarda çalışan həkim və tibb bacıları? Onlar üçün bu cür servis yaradıla bilərmi?

Məsələ ilə bağlı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) sorğu ünvanladıq. Sorğumuza TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva cavab verib. O bildirib ki, bu gün tibb müəssisələri məhdud sayda əməkdaşları işə çağırır:

“Bilrisiniz ki, heç bir tibb müəssisəsində istər tibb, istərsə də qeyri-tibb işçiləri tam heyətdə işə çağırılmır. Bu səbəbdən hələ ki, belə bir məsələ gündəmdə deyil. Pandemiyadan kənar xəstəxanalarda və tibb müəssisələrində çalışanlar tam heyətlə işə gəlmir. Bu zaman tibb müəssisələrinin rəhbərliyi müəyyən məsələləri nəzərə alır”.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner