Mojo.az Banner
22:57 Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qaydalar  |     22:50 Ermənistan ordusunun əsgəri öldü  |     22:38 Gəncədə məktəb bufetində yoxlama aparılıb, fəaliyyəti məhdudlaşdırılıb  |     22:33 6 min hektardan çox ərazi minalardan təmizlənib  |     22:27 Sentyabrda havanın temperaturu 24 gün yuxarı olub  |     22:19 Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi  |     22:14 13 tibb işçisi eyni gündə işdən çıxarıldı - 20 dəqiqəyə arayış veribmişlər  |     22:05 Gömrükçülər 5 minə yaxın kosmetik vasitə müsadirə etdi  |     22:00 Azərbaycanda iki BOKT-un lisenziyası ləğv edildi  |     21:52 "Alternativ yollar yaradılmalıdır" - Paşinyan  |     21:52 Rusiyada general həbs olundu  |     21:45 Gələn həftə Drakonid meteor yağışı olacaq  |     21:32 Bakının ən bahalı ünvanları: Şok qiymətlər - FOTO  |     21:15 Azərbaycanda dərs zamanı təhlükəli hadisə: Araşdırma başladı  |     21:04 Rusiya Ukraynanın MiQ-29 qırıcısını vurub, pilot həlak olub  |     20:51 Ronaldu millidən ayrıldı, azarkeşlər etirazlarını qeyri-adi formada bildirdilər  |     20:42 Sürücülərin nəzərinə: Bu yol bağlanır  |     20:13 Azərbaycan millisi Lixtenşteynlə qarşılaşır - Canlı  |     19:53 Azərbaycanda deputatın mandatı ləğv edildi  |     19:48 AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib  |    
Mojo.az Avto
Mojo.az Avto

Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlandı

03.07.2020 17:26 2 595
Həftəsonları hansı taksilərin fəaliyyətinə icazə veriləcəyi açıqlandı
Həftəsonları hansı taksilərin fəaliyyət göstərəcəyi məlum olub.

Bu barədə APA-ya Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev məlumat verib.

O bildirib ki, həftəsonu tətbiq ediləcək sərt karantin rejimi dövründə lisenziyası, fərqlənmə nişanı olan, “icaze.e-gov.az” portalında şəxsi məlumatları daxil edilən, avtomobilində xüsusi şəffaf arakəsmə olan taksilərin fəaliyyətinə icazə veriləcək:

“Qanunsuz taksi fəaliyyəti ilə məşğul olan şəxslər barəsində isə qanunvericiliyə uyğun olaraq tədbir görüləcək”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə xüsusi karantin rejimi tətbiq edilən şəhər və rayonlarda şənbə və bazar günləri ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulub. Qərara əsasən Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonlarında həftəsonları (4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək; 11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək və 18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək) ictimai nəqliyyatın hərəkəti dayandırılır.скачать dle 11.3
Mojo.az Banner