Mojo.az Banner
23:14 “Nemetskiy şot” olur” - Həmin fotodan danışdı  |     23:03 Bu 4 bürc üçün yeni dövr başlayır  |     22:58 Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüşdü  |     22:50 Avropadakı rekord istilər Azərbaycana da gələcək? - Açıqlama  |     22:45 Azərbaycanda Milli Məlumat Hövzəsi yaradıldı  |     22:40 Qaz İstismar Xidmətinin sabiq rəisinin məhkəməsi başladı  |     22:33 Avropada ən populyar avtomobil açıqlandı (SİYAHI)  |     22:25 Azərbaycan Korsika ilə bağlı qanunu dəstəklədi  |     22:20 "Dərman da təsir etmir": Balakən sakinləri tırtıl bəlasından əziyyət çəkirlər - VİDEO  |     22:14 Rəqsanənin qızı adını dəyişdi - FOTO  |     22:07 Paşinyandan İsrailin "erməni soyqırımı"nı tanımasına CAVAB  |     21:59 Faciəvi şəkildə ölən Vəli Nofəl Süleymanovun qardaşı imiş (YENİLƏNİB)  |     21:54 Qazaxıstan Bakı-Tbilisi-Ceyhan kəməri ilə neftin nəqlinin həcmini artıracaq  |     21:46 Koreyadan Naxçıvana uzanan sevgi - VİDEO  |     21:38 Dünya Bankı Bakının ekoloji vəziyyətini yaxşılaşdırmaq üçün 410 milyon dollar ayırır  |     21:33 Azərbaycan cüdoçusu Avropa çempionu oldu  |     21:26 Neymar və Messi Venesueladakı zərərçəkənlərə kömək üçün külli miqdarda pul köçürdülər  |     21:12 Qonşusu ilə sayğaca görə dalaşdı, 1100 manat cərimələndi  |     21:05 Bulvarda skuterləri küçəyə düzdürən sahibkar cərimə olundu  |     21:00 Bakıda qardaşlar arasında ata mülkünə görə dava - Məhkəmə qərar verdi  |    
Left Banner
Right Banner

Bakıda qadın uşağını vəhşicəsinə döyüb: evə gec gəlibmiş - FOTO

01.05.2019 12:35 4 287
Bakıda qadın uşağını vəhşicəsinə döyüb: evə gec gəlibmiş - FOTO
Bakıda uşağın valideyni tərəfindən döyüldüyü barədə xəbər yayılıb. Evə gec gəldiyi üçün anası tərəfindən döyüldüyünü iddia edən uşaq sığınacağa yerləşdirilib.

Bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağından məlumat verilib.

Bildirilib ki, uşaq dünən axşam saatlarında sığınacağa qəbul edilib:

“Uşağın bütün bədəni gömgöydür. Özünün dediyinə görə, anası tərəfindən döyülüb. Səbəb olaraq bildirib ki, dostları ilə oynadığı üçün evə bir qədər gec saatda gəlib. Anası isə buna əsəbiləşərək uşağı möhkəm döyüb. Sağ gözünün altı yaxşı vəziyyətdə deyil.

Uşaq bizə deyir ki, bu hadisə ilk dəfə yaşanmır. Dediyinə görə, anası daha əvvəl də onu müxtəlif səbəblərdən, dərslərdən aşağı qiymət aldığı üçün, sözündən çıxdığı üçün möhkəm döyüb”.

Uşağın anasının sığınacağa müraciət etdiyi də qeyd olunub:

“Anası ilə əlaqə saxlanılıb. Lakin biz bildirdik ki, yalnız polis əməkdaşları ilə sığınacağa yaxınlaşa bilər. Biz uşağın dedikləri barədə hüquq-mühafizə orqanlarına da məlumat verəcəyik. Uşaq o qədər qorxub ki, evə getmək istəmədiyini deyir”.

Hadisənin təfərrüatı araşdırılır.




//oxu.az
скачать dle 11.3
Mojo.az Banner