Mojo.az Banner
17:35 Azərbaycandan Özbəkistana gedənlərin sayı 72% ARTIB  |     17:26 Niyə bəzi insanlar pul qoxusunu sevir – Bunun səbəbi nədir?  |     17:18 Anasını qətlə yetirən oğluna HÖKM OXUNDU  |     16:58 Beş aylıq hamilə qadın öldü: Kim günahkardır? (Video)  |     16:53 Çəmbərək yaxınlığında erməni əsgərinin ölümünə görə qərargah rəisi saxlanıldı  |     16:23 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:09 Ötən gün 25 nəfər saxlanılıb  |     16:05 Meşələrdən meyvə toplayanlar cərimələnirlər? - RƏSMİ AÇIQLAMA (Video)  |     15:58 Qaradağda dörd mindən çox qəlyan tütünü qanunsuz dövriyyədən çıxarılıb  |     15:50 10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır  |     15:49 Sabahdan Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ  |     15:48 "Qarabağ"ın yeni transfer hədəfi BİLİNDİ  |     15:41 Polad Bülbüloğlu üçüncü dəfə evlənməsi xəbərini təkzib etdi (Yenilənib)  |     15:38 Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub  |     15:06 Ağcabədi şəhərinin bəzi ərazilərində qaz olmayacaq  |     14:46 Bakıda 19 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb  |     14:45 Azərbaycanda daha bir universitetdə erməni dili tədris ediləcək - RƏSMİ  |     14:43 Bakıda tikilidə YANĞIN: 36 yaşlı kişinin meyiti TAPILDI - VİDEO  |     14:41 Bakıda kişi sevgilisini aldadıb 235 min manat aldı - Dubaya qaçdı  |     14:40 Arvadını döyən şəxs cinayət məsuliyyətindən azad edildi - SƏBƏB  |    
Left Banner
Right Banner

İlham Əliyevdən Ərdoğana təbrik məktubu

29.10.2019 12:00 2 148
İlham Əliyevdən Ərdoğana təbrik məktubu
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

AZƏRTAC xəbər verir ki, məktubda deyilir:

“Əziz Qardaşım.

Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün qardaş Türkiyə dinamik və hərtərəfli inkişaf yolundadır. Əldə etdiyi nailiyyətlər onu dünyanın iqtisadi cəhətdən qüdrətli və ən qabaqcıl ölkələri sırasına çıxarıb. Türkiyə, həmçinin öz dövlətçilik mənafelərindən çıxış edərək dünyada və regionda cərəyan edən proseslərdə ədalətli və qətiyyətli mövqe nümayiş etdirir.

Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı xalqlarımızın ortaq milli, mənəvi dəyərlərindən və ənənələrindən güc alır. Əminəm ki, müttəfiqliyimiz, qarşılıqlı etimad və dəstəyə əsaslanan strateji tərəfdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimizin hərtərəfli inkişafına töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.скачать dle 11.3
Mojo.az Banner