Gəmi qəzasına görə saxlanılan azərbaycanlıların həbs müddəti uzadıldı
Şimali Kiprin Girne sahillərində gəmi qəzası ilə bağlı başladılan istintaqda üçü Azərbaycan vətəndaşı olmaqla, doqquz nəfərin həbs müddəti 7 gün uzadılıb.
Median.Az "Report"a istinadən xəbər verir ki, bu barədə Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu məlumat verib.
Növbəti məhkəmə prosesi noyabrın 13-də baş tutacaq.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəminin qəzaya uğraması nəticəsində 26 nəfər ölüb, 239 nəfər xilas olunub. İtkin düşmüş daha bir sərnişinin axtarışı davam edir.