Mojo.az Banner
22:21 Ermənistanda saxlanılan azərbaycanlı hərbçi ilə bağlı Paşinyandan açıqlama  |     22:13 Naxçıvanda bu qurumun səlahiyyətləri ləğv edildi  |     22:08 Hər 5 aptekdən birində nöqsanlar tapıldı  |     22:02 Bu ölkə "Avroviziya"dan imtina etdi  |     21:54 Uşağı telefona yaxından baxan, gözlərini qıyan, başı ağrıyan valideynlərin nəzərinə  |     21:46 Qazaxda toyda başlayan mübahisə bıçaqlanma ilə nəticələndi - Video  |     21:41 Azərbaycanda un məhsulları bahalaşacaq? - Video  |     21:33 Rusiya XİN-dən qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı yeni açıqlama  |     21:28 Azərbaycanın millisindən böyükhesablı qələbə  |     21:20 Bu məktəbin direktoru vəfat etdi  |     21:15 Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi - Foto  |     21:06 Kənd yumurtası bahalaşdı  |     21:00 “İlliyinə 2200 ödədiyim universitetin şəraiti...” - VİDEO  |     20:53 Aygün Kazımova evindən video paylaşdı  |     20:45 Bakıda bıçaqlanan məktəblinin FOTOSU  |     20:40 Xalq artisti evdə yıxılıb xəsarət aldı  |     20:34 Bakıda konsertə hazırlaşan reperə həbs cəzası  |     20:27 Güclü istilər hamilə qadınlar və körpələr üçün təhlükə yaradır - Alimlər xəbərdarlıq etdi  |     20:22 "Bugünkü imkan sabah olmaya bilər" - Ev almaq istəyənlər nə etməlidir?  |     20:14 Həbsdən çıxıb bibisinin evinə basqın etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı

06.10.2026 16:46 141
Şimali Kiprdə faciə: Azərbaycanlıların da olduğu gəmidə batanlardan daha bir nəfərin cəsədi tapıldı
Avqustun 30-da Şimali Kipr Türk Respublikasının (ŞKTR) Girne sahillərində "Filo Jet" adlı sərnişin gəmisinin batması nəticəsində itkin düşən şəxslərin axtarışları davam etdirilir. Axtarışlar zamanı daha bir nəfərin cəsədi tapılıb.

Bu barədə Median.Az "Haber Global"a istinadən məlumat verir.

Məlumata görə, ŞKTR Baş Nazirliyi qəza ilə bağlı aparılan axtarış əməliyyatları zamanı daha bir cəsədin tapıldığını açıqlayıb. Açıqlamada cəsədin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün lazımi prosedurların başlandığı qeyd edilib.

Bununla da "Filo Jet" sərnişin gəmisi qəzasında ölənlərin sayı 22-yə çatıb, itkin düşmüş 6 nəfərin axtarışları isə davam edir.

Xatırladaq ki, ötən gün Şimali Kiprin Girne şəhəri yaxınlığında sərnişin gəmisinin batması nəticəsində itkin düşənlərin axtarış-xilasetmə əməliyyatları zamanı daha bir meyit aşkarlanmışdı.

Xatırladaq ki, ŞKTR Girne limanı ilə Mersindəki Taşucu limanı arasında səfər həyata keçirən "Filo Jet" adlı yüksəksürətli sərnişin gəmisi avqustun 30-da günorta saatlarında Girnedən yola düşdükdən qısa müddət sonra ön hissədən göyərtəyə su dolmağa başlayıb. Gəmi Girne limanına qayıtmağa çalışdığı zaman aşıb.

Bildirək ki, gəminin göyərtəsində Valeh Hümmətov və Rəşad İbrahimov adlı Azərbaycan vətəndaşları da olublar və onlar xilas ediliblər. Həmçinin gəminin ekipaj üzvləri olan Valeh Hümmətov və Rəşad İbrahimov daha sonra gəminin kapitanı və digər ekipaj üzvləri ilə birlikdə hadisənin istintaqı çərçivəsində saxlanılaraq hakim qarşısına çıxarılıblar.

Faktla bağlı başladılan istintaq çərçivəsində üçü Azərbaycan vətəndaşı olmaqla doqquz nəfər həbs edilib.

Hadisə ilə bağlı istintaq davam edir.скачать dle 11.3
Mojo.az Banner