Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı

01.09.2026 22:30 408
267 nəfəri daşıyan gəmi 20 dəqiqəyə batdı: Faciədən sağ çıxanlar danışdı
Şimali Kipr Türk Respublikasının Girnə şəhəri sahillərində 267 nəfərin olduğu sərnişin gəmisinin batması ilə bağlı axtarış-xilasetmə əməliyyatı davam edir. Faciə nəticəsində 8 nəfər həyatını itirib, 20 nəfər isə hələ də itkin sayılır.

Qaynarinfo Türkiyə mediasına istinadən xəbər verir ki, Filo Denizcilik şirkətinə məxsus “Filo Jet” gəmisi Girnə limanından Mersinin Taşucu limanına hərəkət edərkən qəza törədib.

Gəmidə 259 sərnişin və 8 ekipaj üzvü olmaqla 267 nəfər olub. Gəminin su almağa başlamasından qısa müddət sonra yana əyilərək çevrildiyi və daha sonra batdığı bildirilir.

Faciənin şahidləri gəminin batması zamanı yaşanan dəhşətli anlardan danışıblar. Sərnişinlər arasında panika yaranıb, bəzi şəxslər xilasedici jiletlərini götürə bilməyib, bəziləri isə qorxu içində özlərini dənizə atıb.

Xilas edilən sərnişinlərdən Serkan Kunduracı dənizdə uşaqların və digər sərnişinlərin boğulduğunu gördüyünü bildirib.

Onun sözlərinə görə, bəzi sərnişinlər gəminin içərisində sıxışıb qalıb və xilas olmaq imkanları olmayıb.

Faciədə 12 yaşlı qız və onun 6 yaşlı qardaşının da itkin düşdüyü bildirilir. Uşaqların anası Ayten Biçer qızının əlindən sürüşərək dənizə düşdüyünü deyib.

Gəmidən sağ çıxan digər sərnişinlərin sözlərinə görə, hadisədən əvvəl gəminin aşağı göyərtəsindən güclü səs gəlib və gəmi su almağa başlayıb. Ekipajın əvvəlcə vəziyyətin ciddi olmadığını, sızmanın boşalmış bir contadan qaynaqlandığını bildirdiyi iddia olunur.

Lakin daha sonra təxliyə əmri verilib və gəmidə böyük panika başlayıb. Şahidlərin sözlərinə görə, kapitanın geri qayıtmağa çalışdığı vaxt gəmi daha da yana əyilib.

Xilasetmə əməliyyatına ilk qoşulan qayıqlardan birinin sahibi Muhammed Özçelik isə insanların dənizdə yaşamaq uğrunda mübarizə apardığını bildirib. Onun sözlərinə görə, qayıq imkanından daha çox insanı götürməyə çalışıblar.

Hazırda itkin düşən 20 nəfərin tapılması üçün dənizdə və havada genişmiqyaslı əməliyyat keçirilir. Türkiyənin xüsusi axtarış-xilasetmə gəmisi TCG “Işın” da hadisə yerinə göndərilib. Gəminin qəzaya uğramış “Filo Jet”in 500 metrdən çox dərinlikdəki qalıqlarının araşdırılmasında istifadə ediləcək uzaqdan idarə olunan sualtı aparatı var.

Faciə ilə bağlı araşdırma da başlayıb. Gəminin kapitanı və ekipaj üzvləri, eləcə də şirkət rəhbərliyinin nümayəndələri saxlanılıb. Liman rəsmilərinin də gəminin səfərə çıxmasına icazə verməsi ilə bağlı araşdırıldığı bildirilir. Filo Denizcilik şirkətinin fəaliyyətinin dayandırıldığı açıqlanıb.

Hadisənin səbəbləri ilə bağlı müxtəlif ehtimallar araşdırılır. Sərnişinlərin ifadələrində gəminin su alması, güclü hava şəraiti və ekipajın reaksiyası ilə bağlı ciddi iddialar səslənib. Lakin qəzanın dəqiq səbəbi hələlik müəyyən edilməyib.

Şimali Kipr Türk Respublikasında faciə ilə əlaqədar üç günlük milli matəm elan edilib.

Son xəbərlər