Mojo.az Banner
SON DƏQİQƏ
22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |     19:36 Qaraciyər xərçənginə qarşı yeni dərman hazırlanıb  |     19:25 Devid Bekhem FIFA prezidenti postuna namizəd ola bilər  |    
Mojo.az Avto
Mojo.az Avto

Mənzil satışına görə vergi şərtləri asanlaşdırıldı - ŞAD XƏBƏR

01.01.2020 20:07 1 712
Mənzil satışına görə vergi şərtləri asanlaşdırıldı - ŞAD XƏBƏR
Yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilin satılmasına görə fiziki şəxslərə şamil edilən vergi tələbləri dəyişdirilib.

Bu məsələ “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklər bu gündən etibarən qüvvəyə minir.

Belə ki, dəyişikliyə əsasən, fiziki şəxslərin azı üç təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilinin satışı vergidən azaddır. Bu baxımdan, minimum üç təqvim ili müddətində yaşayış yeri üzrə qeydiyyatda olduğunuz mənzilin satışından alqı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində fiziki şəxslərdən sadələşdirilmiş vergi tutulmayacaq.

Xatırladaq ki, 1 yanvar 2020-ci il tarixinə qədər yaşayış sahəsini satan şəxsin vergidən azad edilməsi üçün azı beş təqvim ili ərzində həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatın olması tələb edilirdi.
/oxu.az/скачать dle 11.3

Son xəbərlər