Mojo.az — elanlar
Son Xəbərlər
23:16 Leyla Əliyeva Türkmənistan səfərindən paylaşım edib - Foto  |     22:45 Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq  |     22:40 Baş həkim olmaq istəyən şəxs 10 min manatlıq dələduzluqla üzləşdi  |     22:34 Gəmidə marixuana ilə tutulan dənizçiyə hökm oxundu  |     22:26 "Vef Plus" mağazasından 750 manatlıq oğurluq  |     22:21 7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu  |     22:13 Səhər və axşam yeməyinin vaxtı ömrün uzunluğuna təsir edir (ARAŞDIRMA)  |     22:08 Fransaya getmək istəyən Azərbaycan vətəndaşlarına xəbərdarlıq  |     22:01 Şəmkirdə yeni heyvan satışı bazarı fəaliyyətə başladı  |     21:56 "Yolu belə rahat görən sürücülərin əksəriyyəti qaz pedalının üstünə çıxırlar" - Ekspert  |     21:50 Bu marşrut üzrə əlavə qatar reysləri təşkil ediləcək - CƏDVƏL  |     21:41 Məhkəmə Köçəryanla bağlı yeni qərar verəcək  |     21:36 Vətən müharibəsindən sonra minaya düşənlərin sayı açıqlandı  |     21:29 Nigeriyada 103 "Boko Haram" üzvü öldürüldü  |     21:24 Rayon prokuroru təyin edilən şəxs bu tanınmış hakimin oğludur  |     21:15 Azərbaycan ərazisi ilə 12 milyon tondan çox tranzit yük daşınıb  |     21:10 İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb  |     21:10 Sabah yağış yağacaq  |     21:03 Bu qidalar bağırsaq xərçəngi riskini artıra bilər - TƏDQİQAT  |     20:55 Astarada kişi pilləkəndən yıxılaraq öldü  |    
Mojo.az Avto
Mojo.az Avto

Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı

23.06.2026 22:42 408
Market və avtomobillərdən oğurluq etdi: 2 il 10 ay həbs cəzası aldı
Bakıda müxtəlif vaxtlarda avtomobillərdən pul və mobil telefon oğurlamaqda, həmçinin market kassasından pul götürməkdə təqsirləndirilən şəxs məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib.

Qaynarinfo xəbər verir ki, ittihama görə, təqsirləndirilən şəxs 2025-ci ildə paytaxtın müxtəlif ərazilərində bir neçə oğurluq hadisəsi törədib. O, ilk epizodda Xırdalan ərazisində market qarşısında dayanmış avtomobilin salonundan mobil telefon, sim kart, simsiz qulaqcıq, 800 ABŞ dolları, 50 BƏƏ dirhəmi və digər əşyaları oğurlayıb. Nəticədə zərərçəkmiş şəxsə 2 188 manat 14 qəpik məbləğində maddi ziyan dəyib.

Digər epizodda isə o, Bakı şəhərinin Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən marketin qarşısında dayanmış avtomobildən "iPhone 14 Pro” markalı mobil telefon, danışıq nömrəsi və nağd pul oğurlayıb. Bu hadisə nəticəsində zərərçəkmişə 977 manat ziyan dəyib.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs daha sonra Badamdar qəsəbəsində yerləşən marketlərdən birində kassaya qanunsuz daxil olaraq oradan 1 160 manat nağd pul götürüb.

Məhkəmədə ifadə verən market sahibi bildirib ki, kassanın açılma səsini eşitdikdən sonra mağazanın girişindən çıxan naməlum şəxsin arxasınca qaçsa da, onu saxlaya bilməyib. Daha sonra təhlükəsizlik kameralarının görüntülərinə baxarkən kassadan pul götürən şəxsin mağazaya mütəmadi gələn və yaxınlıqda kirayədə yaşayan Bayram adlı şəxs olduğunu müəyyən edib.

Təqsirləndirilən şəxs məhkəmədə özünü təqsirli bilməyərək bəzi epizodlarla bağlı məlumatının olmadığını desə də, məhkəmə toplanmış sübutları kifayət hesab edib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Daha əvvəl barəsində çıxarılmış hökm üzrə təyin olunmuş cəza ilə qismən toplama aparılaraq ona qəti olaraq 2 il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Son xəbərlər