Mojo.az — elanlar
Son Xəbərlər
23:00 Bu 3 bürcün kişiləri xanıma pul xərcləməkdən zövq alır  |     22:54 Evinin "kupça"sı olmayanlara şad xəbər  |     22:49 Rusiyaya məxsus qırıcı təyyarə yerə çırpıldı  |     22:37 Konstitusiya Məhkəməsi bu məsələlərlə bağlı qərar qəbul etdi  |     22:30 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     22:24 2 vəkilə töhmət verildi  |     22:15 Əsas yolda asfalt örtüyü dağılıb - VİDEO  |     22:10 Lerikdə qızıl axtaranlar tutuldu - Biri qayadan yıxılıb öldü  |     22:02 Bu ölkədə ölüm hökmü bərpa edildi  |     21:57 Sevinərkən 800 manatadək cərimələnə bilərsiniz - DİQQƏT  |     21:50 Xəzərdə 200-ə yaxın nərə balığı ölü tapıldı  |     21:43 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda  |     21:41 Bakının mərkəzi küçəsində ölüm  |     20:52 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi  |     20:51 Bakıda Azərbaycan-İtaliya Biznes Forumu keçiriləcək  |     20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açıldı  |     20:23 "Gəncə Mall"da oğurluq  |     19:55 Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib  |     19:36 Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib - Foto  |     19:20 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi

18.05.2026 22:40 507
Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi
Bakıda dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub.

Qaynarinfo xəbər verir ki, təqsirləndirilən şəxs Elvin Əzimov (şərti) eyni evdə kirayədə yaşadığı tanışını aldadaraq ona məxsus "iPhone 13” markalı mobil telefonu ələ keçirib. O, telefonunun kamerasının işləmədiyini və qısa müddətə telefona ehtiyacı olduğunu bildirərək zərərçəkmiş şəxsi inandırıb. Daha sonra isə telefonu sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.

İstintaqla müəyyən olunub ki, ümumi dəyəri 1811,39 manat olan mobil telefon "Kontakt Home” mağazalar şəbəkəsindən nisyə qaydada alınıb. Hadisə nəticəsində zərərçəkmiş şəxsə 912 manat, şirkətə isə 903,39 manat məbləğində maddi ziyan dəyib.

Elvin Əzimovun digər dələduzluq əməli isə sosial şəbəkədə qeydə alınıb. O, "TikTok” platformasında tanış olduğu şəxsin dostunun adına saxta profil yaradıb. Daha sonra "WhatsApp” vasitəsilə zərərçəkmiş qadına yazaraq guya yol-nəqliyyat hadisəsi törətdiyini və pula ehtiyacı olduğunu bildirib.

Zərərçəkmiş şəxs onun dediklərinə inanaraq iki dəfə olmaqla ümumilikdə 800 manatı "M10” elektron pulqabı vasitəsilə göndərib. Təqsirləndirilən şəxs həmin vəsaiti də şəxsi ehtiyaclarına sərf edib.

Məhkəmə iclasında ifadə verən müttəhim özünü verilmiş ittiham üzrə tam təqsirli bilib. O bildirib ki, kirayə pulunu ödəyə bilmədiyi üçün bu addımları atıb. Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlərlə barışdığını və vurulan ziyanın bir hissəsini ödədiyini deyib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət nəzərə alınaraq üzərində qəti olaraq 1 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Son xəbərlər