Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi

18.05.2026 19:41 456
Tanışlarının telefonunu satıb pulunu xərclədi, dələduzluğa görə məhkum edildi
Bakıda dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub.

Təqsirləndirilən şəxs Elvin Əzimov (şərti) eyni evdə kirayədə yaşadığı tanışını aldadaraq ona məxsus "iPhone 13” markalı mobil telefonu ələ keçirib. O, telefonunun kamerasının işləmədiyini və qısa müddətə telefona ehtiyacı olduğunu bildirərək zərərçəkmiş şəxsi inandırıb. Daha sonra isə telefonu sataraq əldə etdiyi pulu şəxsi ehtiyaclarına xərcləyib.

İstintaqla müəyyən olunub ki, ümumi dəyəri 1811,39 manat olan mobil telefon "Kontakt Home” mağazalar şəbəkəsindən nisyə qaydada alınıb. Hadisə nəticəsində zərərçəkmiş şəxsə 912 manat, şirkətə isə 903,39 manat məbləğində maddi ziyan dəyib.

Elvin Əzimovun digər dələduzluq əməli isə sosial şəbəkədə qeydə alınıb. O, "TikTok” platformasında tanış olduğu şəxsin dostunun adına saxta profil yaradıb. Daha sonra "WhatsApp” vasitəsilə zərərçəkmiş qadına yazaraq guya yol-nəqliyyat hadisəsi törətdiyini və pula ehtiyacı olduğunu bildirib.

Zərərçəkmiş şəxs onun dediklərinə inanaraq iki dəfə olmaqla ümumilikdə 800 manatı "M10” elektron pulqabı vasitəsilə göndərib. Təqsirləndirilən şəxs həmin vəsaiti də şəxsi ehtiyaclarına sərf edib.

Məhkəmə iclasında ifadə verən müttəhim özünü verilmiş ittiham üzrə tam təqsirli bilib. O bildirib ki, kirayə pulunu ödəyə bilmədiyi üçün bu addımları atıb. Təqsirləndirilən şəxs həmçinin zərərçəkmişlərlə barışdığını və vurulan ziyanın bir hissəsini ödədiyini deyib.

Məhkəmənin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Hökmə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlanıldığı müddət nəzərə alınaraq üzərində qəti olaraq 1 il 11 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

Son xəbərlər