Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

"İnsanlar ayaqlarını yorğanına görə uzatmır, çox kredit götürürlər" - Ekspert

04.08.2025 22:16 720
"İnsanlar ayaqlarını yorğanlarına görə uzatmır, çox yüksək məbləğdə kredit götürürlər".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov istehlak kredit kartlarında limitlərin azaldılması ilə bağlı Mərkəzi Bankın qərarını şərh edərkən deyib.

Ekspert bildirib ki, bu dəyişiklik əhalinin həddindən artıq borclanmasının qarşısını almağa yönəlib:

"Addım tamamilə doğrudur. İnsanlar yüksək məbləğdə kredit götürmək istəyir, banklar da onların istəyini yerinə yetirir. İstehlak kreditlərinin faizləri daha yüksəkdir. Banklar isə düşünür ki, vətəndaşla yaranacaq problemi həll etmək asandır - kollektorla, məhkəmə yolu ilə və s. Nəticədə həm əhali, həm də bank sistemi üçün ciddi problemlər yaranır".

Əkrəm Həsənovun sözlərinə görə, vətəndaş krediti ödəyə bilməyəndə bu borc "problemli kredit" siyahısına düşür:

"Bu, həmçinin ölkə iqtisadiyyatı üçün də mənfi haldır. İqtisadiyyatın inkişafı üçün əsasən biznes kreditləri verilməlidir. Bu səbəbdən Mərkəzi Bank qərara alıb ki, aylıq əməkhaqqı 1000 manat olan vətəndaşa maksimum 5 min manat həcmində kredit xətti açıla bilər".

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) istehlak kredit kartları üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması məqsədilə yeni tənzimləyici çərçivə tətbiq edib. Dəyişikliklərin əsas məqsədi əhalinin izafi borclanmasının qarşısını almaq və bank sisteminin kapital dayanıqlığını qorumaqdır. Yeni qaydalara görə, borcalanın kredit kartı üzrə limit onun xalis (vergidən sonrakı) aylıq gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır.скачать dle 11.3

Son xəbərlər