Mojo.az Banner
17:43 "Ferrari"nin ilk avtomobili necə yaranıb? - "125 S"in bilinməyən hekayəsi  |     17:28 Azərbaycanda yarım ildə neçə heyvan dişləməsi qeydə alınıb?  |     17:20 Sabunçuda qadın bıçaqlandı: Əri SAXLANILDI - Hadisənin TƏFƏRRÜATI  |     17:15 Ağdamdakı yanğın genişləndi: Minalanmış ərazilərdə partlayışlar baş verir  |     17:03 İranın Qərbi Azərbaycan vilayətinə raket zərbələri endirildi  |     16:41 Martin Ryanın apellyasiya şikayəti rədd edildi  |     16:37 Rusiya ordusu Ukraynada yaşayış məntəqələrini nəzarətə götürdü  |     16:24 Tanınmış cərraha məhkəmədə HÖKM OXUNDU  |     15:59 Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı  |     15:57 Taksidə tapdığı telefonla 5 min manatdan çox pul ələ keçirdi  |     15:54 Evlərdən 29 min manatlıq oğurluq edilib - VİDEO  |     15:46 Azərbaycan Ukraynaya enerji avadanlıqları göndərdi  |     15:42 Vətəndaşlar banklara milyonlarla manat pul qoyublar - RƏQƏMLƏR  |     15:34 Marketin liftinin fəaliyyəti dayandırıldı - Video  |     15:29 Oğuzda iki maşın toqquşdu - Ölən var  |     15:23 Bakının mərkəzində aylardır qazılan yol təmir edilmir - Video  |     15:15 Beynəlxalq dil sertifikatlarından 11-i saxta çıxdı  |     15:10 Azərbaycanın UEFA reytinqindəki mövqeyi dəyişmədi  |     15:09 Məşhur fransalı musiqiçi 50 yaşında vəfat etdi  |     15:01 Cinayətdə şübhəli bilinən 42 nəfər saxlanıldı  |    
Left Banner
Right Banner

Azərbaycanda zorlanan azyaşlı qızla bağlı dövlət komitəsindən AÇIQLAMA

03.08.2021 12:25 2 733
Azərbaycanda zorlanan azyaşlı qızla bağlı dövlət komitəsindən AÇIQLAMA
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə şəhərində azyaşlı qızın zorlanması ilə bağlı məsələyə münasibət bildirib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu Oxu.Az-a məlumat verib ki, qızın təcavüzə məruz qalması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumatlar komitə tərəfindən araşdırılıb:

“Ötən gün komitənin Ağdam uşaq və ailələrə dəstək mərkəzinin psixoloqu, Rayon İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya üzvləri ailədə olublar. Əvvəlcə ata və qızı ilə birgə hadisənin təfərrüatı haqqından danışılıb. Daha sonra onlarla fərdi qaydada söhbət aparılıb. Söhbət zamanı azyaşlının psixoloji vəziyyətinin yerində olduğu, ətrafda olan insanlar tərəfindən hər hansı bir kobud rəftar görmədiyi və psixi-sosial dəstəyə ehtiyacı olmadığı bildirilib”.

T.Mərdanoğlu qeyd edib ki, azyaşlının atası ilə ayrılıqda aparılan söhbət zamanı məlum olub ki, onun əsas istəyi təcavüz edən şəxsin qanun qarşısında cavab verməsidir:

“Aidiyyəti qurumlar tərəfindən əlaqələnmiş fəaliyyət davam etdirilir”.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə iyunun 15-də Bərdədə azyaşlının zorlanması barədə məlumatlar yayılıb.

Ailə iddia edib ki, dövlət qurumları məsələni araşdırmır.скачать dle 11.3
Mojo.az Banner