Mojo.az Banner
23:00 “Washington Post” əməkdaşların kütləvi ixtisarına başlayır  |     22:50 ABŞ və İran arasında planlaşdırılan danışıqlar LƏĞV EDİLDİ  |     22:45 Çin avtomobillərini oğurluqdan qorumağın YOLLARI  |     22:38 Pambıq ixracı azalıb  |     22:32 Bakıda "BakuBus" minik avtomobili ilə toqquşdu: Sərnişinlərin düşürülüb yönləndirildiyi avtobus da qəzaya düşdü  |     22:27 Pakistanın baş naziri: "İlham Əliyev Qafqazda və onun hüdudlarından kənarda sülh və sabitliyin qətiyyətli carçısı kimi tanınır"  |     22:19 Tokayev: "Azərbaycanın və Ermənistanın sülh sazişi istiqamətində əldə etdiyi irəliləyiş tarixi əhəmiyyətə malik dönüş nöqtəsidir"  |     22:07 "Azpulmat", "Manato" vətəndaşların məlumatlarını ələ keçirirlər?  |     21:57 Hava kəskin pisləşəcək: şaxta olacaq  |     21:48 ​​​​​​​Bakıda saxlanılan Rusiya vətəndaşı barədə qərar verildi  |     21:39 Zabit Səmədov: "Facebook" mesajları məni rinqə qaytardı"  |     21:31 Məşhur milyarder bir cümlə ilə uğurlu uşaq böyütməyin sirrini açıqladı  |     21:26 Bu müəllimlər marker təlimlərinə cəlb ediləcəklər  |     21:18 Bu tarixi Azərbaycan kəndinə giriş pullu olacaq  |     21:13 Azərbaycanda halı pisləşən professor qəfil öldü  |     21:05 Bakıda güclü külək fəsadlar törətdi: Binanın fasad örtüyü qoparaq maşınlara ziyan vurdu  |     20:56 Qardaşı oğlunu öldürməkdə təqsirləndirilən şəxs: "Üstünə cumanda qadın kimi səslər çıxararaq qışqırdı"  |     20:50 Xırdalanda 30 yaşlı kişinin meyiti eyvanda TAPILDI  |     20:41 Azərbaycanın ən hündür binası olacaq - FOTO  |     20:36 Gürcüstanda hakimiyyətin qanuniliyini tanımayanlar cinayət məsuliyyətinə cəlb oluna bilər  |    
Left Banner
Right Banner

Məktəblər 12 illik olmalıdır, yoxsa inkişaf olmayacaq - EKSPERT

05.08.2025 22:31 441
Məktəblər 12 illik olmalıdır, yoxsa inkişaf olmayacaq - EKSPERT
Dünyanın inkişaf etmiş ölkələrində ali təhsil müəssisələrinə qəbul üçün namizədlərdən minimum 12 illik orta təhsil tələb olunur. Bu qayda Harvard, Stanford, Oksford, Kembric, Sidney Universiteti və digər nüfuzlu ali məktəblərin qəbul şərtlərində açıq şəkildə əksini tapır. Azərbaycanda isə orta məktəb təhsili hazırda 11 illik formatda təşkil olunduğundan, bu, ölkə vətəndaşlarının birbaşa olaraq həmin universitetlərə qəbul imkanlarını məhdudlaşdırır.

Nəticədə, beynəlxalq təhsil almaq istəyən azərbaycanlı gənclərin əhəmiyyətli bir qismi əlavə bir il oxumaq məqsədilə Türkiyə və ya digər ölkələrə üz tutur. Bu isə zaman itkisi ilə yanaşı, ailələr üçün əlavə maddi yük yaradır.

Məhz bu səbəbdən Azərbaycanın ümumi təhsil sistemində 12 illik modelə keçid məsələsi bütövlükdə ölkənin qlobal rəqabətə hazırlığının əsas göstəricilərindən biri kimi gündəmə gəlir.

Median.Az xəbər verir ki, Təhsil eksperti Kamran Əsədov Modern.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan orta təhsil sistemi beynəlxalq standartlardan geri qalır və bu, ölkə gənclərinin dünya səviyyəli ali təhsil müəssisələrinə birbaşa qəbul imkanlarını məhdudlaşdırır.

Ekspert qeyd edir ki, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa əsasən, orta təhsil üç mərhələdən - ibtidai (I–IV sinif), ümumi orta (V–IX sinif) və tam orta (X–XI sinif) ibarətdir. Məktəbəqədər hazırlıq isə qanunvericilikdə hələ də məcburi deyil və bu mərhələ 12 illik beynəlxalq modelin yerini tuta bilmir.

Kamran Əsədov statistik məlumatlara əsaslanaraq əlavə edir ki, Azərbaycan 11 illik sistemlə yalnız keçmiş postsovet ölkələri sırasında qalır:

“Avropa İttifaqının 27 üzvündən 25-də, həmçinin OECD (İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı- red) ölkələrinin 90 faizində məktəblər 12 illik təhsil sisteminə keçib. Bu, şagirdin biliyinin daha dərindən formalaşması, universitetə daha yetkin və hazırlıqlı şəkildə daxil olması deməkdir”.

Ekspertin sözlərinə görə, Azərbaycan son illərdə məktəbəqədər təhsilin əhatəsini artırmağa çalışsa da, bu tədbirlər struktur dəyişikliyi üçün kifayət deyil:

“2023-cü ildə məktəbəqədər hazırlıq qruplarının sayı 1864-ə çatdırılıb və 81 mindən çox uşaq bu mərhələyə cəlb olunub. Lakin bu göstəricilər sadəcə statistik artımdır. Əgər məqsəd real islahatdırsa, bu yanaşma yetərli deyil”.

Kamran Əsədov hesab edir ki, Elm və Təhsil Nazirliyi bu sahədə ardıcıl plan ortaya qoymur:

“12 illik təhsil sistemi ilə bağlı nə konseptual sənəd var, nə qanunvericilik təşəbbüsü, nə də ictimai müzakirələr. Hazırlanan strategiyalar ya ümumidir, ya da texniki dəyişikliklərlə məhdudlaşır. Halbuki bu məsələ Azərbaycanın beynəlxalq təhsil sisteminə inteqrasiyası üçün həyati əhəmiyyət daşıyır”.

Ekspert hesab edir ki, 12 illik sistemin tətbiqi azərbaycanlı abituriyentlərin dünya universitetlərinə qəbul şanslarını artırmaqla yanaşı, onların tənqidi düşüncə, akademik yazı və araşdırma bacarıqlarını da inkişaf etdirə bilər:

“Əlavə bir il ərzində "pre-university year" (universitetdən əvvəlki il-red) modeli ilə xüsusi proqram hazırlanaraq, gənclərin SAT, IELTS kimi imtahanlara və universitet mühitinə adaptasiyası təmin oluna bilər. Bu, keyfiyyətin yüksəldilməsi deməkdir”.

K.Əsədov qeyd edir ki, yalnız ibtidai sinfin müddətini artırmaqla və ya məktəbəqədər təhsili genişləndirməklə problem həll olunmayacaq:

“Bu məsələni köklü həll etmək üçün hüquqi islahatlara, yeni dərs proqramlarına, müəllim hazırlığına və infrastrukturun yenilənməsinə ehtiyac var. Siyasi iradə olmadan isə bu dəyişiklik baş verməyəcək”.

“Dünya artıq 12 illik sistemə keçidi çoxdan reallaşdırıb. Azərbaycan isə bu qərarı ya təxirə salır, ya da diqqəti xırda dəyişikliklərlə yayındırır. Nazirlik islahat deyir, amma əslində status-kvonu qoruyur. 12 illik təhsil sistemi bizim üçün sadəcə texniki dəyişiklik deyil, həm də gələcəyin rəqabətinə hazır vətəndaş formalaşdırmaq üçün strateji addımdır. Əks halda, gənclərimiz başqa ölkələrə üz tutmağa, həm vaxt, həm də resurs itirməyə davam edəcəklər. Bu isə yalnız təhsil deyil, insan kapitalı itkisi deməkdir"- deyə Kamran Əsədov sonda qeyd edib.скачать dle 11.3