Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:41 Siqaret təkcə ağciyər deyil, bir sıra digər orqanların da xərçənginə səbəb ola bilər | 22:34 Hövsan qəsəbəsində yolu keçmək piyadalar üçün təhlükəlidir (VİDEO) | 22:28 10 oğurluq, bir xuliqanlıq hadisəsi törətdi - Anlaqsız olduğu məlum oldu | 22:21 "Meduza"dan 3500 qutu markasız tütün çıxdı - Sahibkara cəza verildi | 22:16 Ürək və beyin üçün ən faydalı çərəz | 22:07 Türkiyədə zəlzələ oldu | 22:02 Məşhur rejissorun ölümü ilə bağlı yarım əsr sonra cinayət işi açıldı | 21:54 Sabah Bakıda 23 dərəcə isti olacaq | 21:49 Azərbaycanda mənzillərin qiymətləri ucuzlaşacaq? - AÇIQLAMA | 21:43 Hakerlər 15 min dövlət işçisinin məlumatlarını ələ keçirdi - Sloveniyada | 21:35 Beyləqanda 27 yaşlı ustanı "tok" vurub öldürdü | 21:30 Bu yolayrıcında işıqfor quraşdırıldı | 21:26 Şəhid atası dünyasını dəyişdi | 21:17 Bu döyüş Makqreqor üçün son olacaq | 21:08 Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var | 20:55 Aqressiyanın kökündə uşaqlıqdan gələn sevgisizlik dayana bilər – MÜSAHİBƏ | 20:38 Qazaxıstanda dövlət çevrilişinin qarşısı alınıb, 10 nəfər saxlanılıb | 20:17 Müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq | 20:10 Prokurorluq orqanlarının veteranları təltif ediliblər | 20:08 Rusiyadan əcnəbilərin deportasiyasına səbəb olan inzibati xətaların sayı iki dəfə artırılır |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb

02.09.2025 19:39 900
Azərbaycanın yeraltı şirin su ehtiyatları azalıb
Azərbaycanın yeraltı şirin su ehtiyatları təxminən 10 milyard kubmetrdən 8 milyarda düşüb.

Bunu Azərbaycan Su Ehtiyatları Agentliyi (ADSEA) yanında fəaliyyət göstərən Su İstifadəsinə və Mühafizasinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) şöbə müdiri Rafik Verdiyev BMT-nin İqlim Dəyişmələri üzrə Gənclərin Lokal Konfransı "LCOY Azərbaycan 2025"in bağlanış mərasimi çərçivəsində "İqlim dəyişmələri kontekstinda su təhlükəsizliyi" panel müzakirəsində deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycanın 8,4 milyard kubmetr həcmində yeraltı şirin su ehtiyatı mövcuddur:

"Bununla da ölkənin bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır. Lakin təbii mənbələrdən götürülən suyun 25 faizi itkiyə gedir".

R.Verdiyev bildirib ki, son 34 ildə Azərbaycanın əsas su arteriyası olan Kür çayı ilə ölkəyə daxil olan axım 9 faiz azalıb:

"Ən çox azalma 19 faiz olmaqla yay dövründə müşahidə edilib. İllik azalma özünü daha çox çayın Mingəçevir su anbarından așağı axınında göstərir. Bu göstərici 28 faiz olub".

Son xəbərlər