Mojo.az Banner
22:35 "Çoban" ləqəbli müğənni Türkiyədə Azərbaycanı təmsil etdi  |     22:30 Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı  |     22:22 AQTA "Azəridad" kolbasa sexində nöqsanlar aşkarladı  |     22:17 Sabah çimərliklərdə hava necə olacaq?  |     22:09 Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI  |     22:04 Fransada meşələri yandıran 59 nəfər həbs edildi  |     21:56 Axtarışda olan Tuqay Hüseynov Azərbaycana gətirilir  |     21:50 Oman sahillərində gəmiyə hücum: Xəsarət alanlar var  |     21:48 UEFA Çempionlar Liqası: TNS - "Sabah"ı qəbul edir - CANLI  |     21:02 Gəncədə yas mərasimində daha bir KÜTLƏVİ ZƏHƏRLƏNMƏ  |     20:52 22 yaşlı azərbaycanlı Rusiya-Ukrayna müharibəsində həlak oldu  |     20:51 Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq - XƏBƏRDARLIQ  |     20:44 Paytaxtda avtobuslar toqquşdu: Sərnişinlər arasında tanınmış aktyor da var - VİDEO  |     20:42 Sürücülərin NƏZƏRİNƏ: Paytaxtın üç küçəsində təmir işləri yekunlaşdı  |     19:54 Binəqədidə idman zalından 5 min manatlıq saat oğurlanıb  |     19:28 "Anamı və arvadımı cin-şeytan kimi görürdüm" - Goranboydakı dəhşətli cinayətin TƏFƏRRÜATI  |     19:17 Xaricdə təhsil adı ilə 150 min avro ələ keçirən şəxs Azərbaycana ekstradisiya edilir  |     18:58 65 yaşını qeyd edən Əməkdar artist: "Nazirlikdən təbrik gözləyirdim"  |     18:57 Mustafa Tayatın yarım milyondan çox borcu yarandı - Səbəb nədir?  |     18:53 Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib  |    
Left Banner
Right Banner

Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb

03.07.2025 21:13 534
Azərbaycanda iyun və iyul aylarının sərin keçməsinin səbəbi açıqlanıb
Ötən iyun ayı bir neçə il əvvəllə müqayisədə nisbətən sərin keçib. İyun ayının davamı olaraq iyul ayında da sərin hava müşahidə edilir.

Məsələ ilə bağlı Coğrafiya İnstitutunun kiçik elmi işçisi Fəridə Talıbova "Report"a açıqlamasında deyib ki, iyulda isti günlərin sayının çox olacağı gözlənilir.

"İyunda temperaturun nisbətən aşağı olmasını baza dövrü, yəni 1961-90-cı illərlə müqayisə etdikdə, çox da aşağı olmadığını görürük. 90-cı ildən sonrakı dövrə nəzər salsaq, həmin dövrlərlə müqayisədə temperatur nisbətən aşağı olub. Buna səbəb isə lokal iqlim dəyişmələri, atmosfer dövranı, şimaldan və şimal-şərqdən Azərbaycana daxil olan hava kütlələrinin təsiridir. Ümumiyyətlə, şimaldan daxil olan hava kütlələri yayda nisbətən sərinlik, qışda sərtlik gətirir. Ümumi götürdükdə isə belə sərin havaların o qədər də uzun çəkməyəcəyini deyə bilərəm", - o qeyd edib.

İnstitut rəsmisi əlavə edib ki, yay aylarında temperaturun aşağı olması iqlim dəyişmələrinin bir növüdür:

"Yəni iqlim dəyişmələri dedikdə təkcə temperaturun qalxması deyil, enməsi də nəzərdə tutulur və yaxud da yağıntıların azalması, çoxalması və s. İyun ayı əsasən sərin keçsə də, isti hava da müşahidə edildi. Amma bir neçə il bundan əvvəllə müqayisədə həmin isti havanın əvvəlki illərdə daha uzun müddət davam etdiyini görmüşük. İndi isə sərin günlərin sayı nisbətən artıb, isti günlərin sayı azalıb. Bu da elə iqlim dəyişmələrinin bir təzahürüdür".

Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova "Report"a bildirib ki, bu ilin iyun ayında havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34 dərəcə isti, bölgələrdə isə 39 dərəcə isti qeydə alınıb:

"Havanın orta aylıq temperaturu ölkə üzrə 23 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 1 dərəcəyədək yuxarıdır".

Onun sözlərinə görə, bu ilin iyun ayının əvvəlində Şahdağa qar yağıb, havanın minimal temperaturu 1 dərəcə şaxta təşkil edib. Bakı və Abşeron yarımadasında isə minimal temperatur 16 dərəcə isti olub.

Xidmət rəsmisi qeyd edib ki, ölkə ərazisində son 5 ildə iyun ayında havanın orta aylıq temperaturu iqlim normasından 2-4 dərəcə yuxarı olub. Çoxillik müşahidə məlumatlarına əsasən, ən isti iyun ayı 2021-ci ildə qeydə alınıb. Həmin il havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib.скачать dle 11.3
Mojo.az Banner