Mojo.az Banner
23:02 Payızda işıqpulunu artıran 4 cihaz  |     22:57 Bakıda küçədə meyit tapıldı  |     22:49 Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ  |     22:43 ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi  |     22:35 Külli miqdarda dələduzluqda təqsirləndirilən "təhsil eksperti"nə hökm oxunub  |     22:30 Hibrid avtomobillərdə geri ötürmə dişlisi niyə ləğv edilir? – ARAŞDIRMA  |     22:22 Sərnişinlərin “Şamaxinka”dakı çətin anları - VİDEO  |     22:16 Almaniyada dizelin qiyməti tarixi maksimuma çatdı  |     22:09 Azərbaycanda distant iş rejimi genişlənəcək  |     22:02 Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE  |     21:57 Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir  |     21:49 Rusiyada keçmiş nazir həbs edildi  |     21:44 Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək  |     21:36 Cəlilabadda içməli su xəttində qəza olub, yolu su basıb  |     21:31 İnsanlar niyə xoşbəxt görünmək məcburiyyətindədir? – Psixoloqdan açıqlama  |     21:23 Bakıda qızları tora salan "SEHİRLİ ŞAMLAR" - İnanc, yoxsa PUL TƏLƏSİ  |     21:15 Avropanın hansı planı Trampı özündən çıxardı? - Ağ Ev liderindən ultimatum  |     21:07 Afət Fərmanqızıdan daha bir qalmaqallı məhkəmə: Müğənni bloqeri məhkəməyə verdi  |     21:05 AYNA sərnişinlərə müraciət etdi  |     20:55 Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi - VİDEO  |    
Mojo.az Avto
Mojo.az Avto

Bəzi deputatlara xidməti avtomobillər veriləcək

27.09.2024 16:58 858
Bəzi deputatlara xidməti avtomobillər veriləcək
Xəbər verdiyimiz kimi, sentyabrın 23-də yeddinci çağırış Milli Məclisin (MM) ilk iclasında parlamentin sədri, sədrin birinci müavini və üç müavin seçilib. Eyni zamanda, MM-in komitələrinin sədrləri və müavinləri müəyyənləşib.

"Unikal"ın məlumatına görə, parlament tərəfindən MM sədri, sədrin birinci müavini, müavinləri və komitə sədrləri xidməti avtomobillə təmin edilirlər.

Məlum olduğu kimi, parlamentin 15 komitəsinin altısının sədri dəyişib. Yeni komitə sədri seçilən deputatlar Arzu Nağıyev, Azər Əmiraslanov, Anar İsgəndərov, Polad Bülbüloğlu, Şahin İsmayılov və Fazil Mustafadır.

Doqquz komitənin sədri isə VI çağırışda da eyni komitələrə rəhbərlik ediblər. Onlar əvvəl də xidməti maşınlardan istifadə ediblər.

Milli Məclis sədrinin birinci müavini isə Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Rafael Hüseynov, Musa Qasımlı seçiliblər. Müavinlərdən Ziyafət Əsgərov əvvəlki çağırışda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri olub.

Qeyd edək ki, ötən ildən etibarən Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti nəqliyyat vasitələri verilib. Onlar "Mercedes-Benz E 300" avtomobillərindən istifadə edirlər.скачать dle 11.3
Mojo.az Banner