Mojo.az Banner
23:04 Tramp Süni İntellekt Qüvvələrini yaratdı  |     22:52 Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik etdi  |     20:52 Bakıda 2 nəfər dənizdə batdı  |     20:47 “Bitcoin”in qiyməti yenidən 81 min dolları ötüb  |     20:39 COVİD-19 geri qayıdır - Çox sayda yoluxan var  |     20:31 Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək  |     20:26 Azərbaycanın yeni paytaxtı bu şəhər olacaq?  |     20:16 Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama  |     20:11 44 yaşlı Röyadan yeni - FOTOLAR  |     20:04 Pakistan Yəmən müharibəsinə cəlb oluna bilər  |     19:58 Saçları belə yığmaq təhlükəlidir – MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ  |     19:50 “SMM kimi işə götürüldüm, amma xadimə, ofisiant kimi istifadə edirdilər” -VİDEO  |     19:45 Təzyiqi yüksəldən qidalar: Həkimdən XƏBƏRDARLIQ  |     19:36 Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı  |     19:29 "Qarabağ"ın 5 legioneri millidən dəvət aldı  |     19:23 Azərbaycanda 90 məktəblə bağlı qərar verildi  |     19:09 Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?  |     19:03 Nəriman Axunzdadə Azərbaycan U-21 millisinə çağırıldı  |     18:56 Ay necə yaranıb? - Yeni kosmik missiya milyard illik sirrə işıq sala bilər  |     18:51 Diploma gedən yol qısalır: Bakalavr 3, magistratura 1 il olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan vətəndaşları Qırğızıstanda sənəd rəsmiləşdirmədən 60 gün qala biləcəklər

03.09.2024 18:19 1 458
Azərbaycan vətəndaşları Qırğızıstanda sənəd rəsmiləşdirmədən 60 gün qala biləcəklər
Azərbaycan vətəndaşları Qırğızıstana daxil olduqları andan etibarən sənəd rəsmiləşdirmədən ümumilikdə 60 günə qədər qala bilərlər.

Bu barədə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin məlumatından aydın olub.

Bildirilib ki, Qırğızıstanda yeni qəbul edilən qanuna əsasən sentyabrın 5-dən etibarən əcnəbilərin qalması ilə bağlı yeni qaydalar qüvvəyə minir.

"Qırğızıstan Nazirlər Kabinetinin "Əcnəbi vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin Qırğızıstan Respublikası ərazisində qalması məsələləri haqqında" qərarına əsasən, Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Ermənistan, Belarus, Gürcüstan, Moldova kimi vizasız rejim ölkələrinin vətəndaşlarının qeydiyyatı qaydalarına dəyişikliklər edilib", - deyə nazirlikdən bildirilir.

Məlumata görə, əvvəllər Azərbaycan, Rusiya, Qazaxıstan, Tacikistan, Ermənistan, Belarus, Gürcüstan, Moldova vətəndaşlarının qeydiyyatı 6 ay müddətinə aparılırdısa və qalma məqsədindən asılı olaraq sonradan uzadılma hüququ var idisə, bundan sonra vizasız rejim ölkələrinin vətəndaşlarının uzun müddət şəxsi məqsədlərlə Qırğızıstanda qalması üçün qeydiyyatın uzadılması yalnız ölkədə qalmaq hüququ verən yaşayış icazəsi, vətəndaşlığı olmayan şəxsin vəsiqəsi, "Kayrılman" vəsiqəsi, "Meken-kart" vəsiqəsi kimi sənədlərdən biri əsasında həyata keçiriləcək (qısa müddətli qalmaq üçün gələn əcnəbi vətəndaşlar istisna olmaqla).

Bildirilir ki, Tacikistan, Gürcüstan, Azərbaycan və Moldova vətəndaşları respublika ərazisində 60 gün qaldıqdan sonra qeydiyyatdan keçməsələr, Qırğızıstandan çıxmağa məcbur olacaqlar və 60 təqvim günündən sonra onun ərazisinə təkrar daxil ola biləcəklər.

Eyni zamanda, yuxarıda göstərilən qərarla Qırğızıstan ərazisində şəxsi məqsədlərlə qalan vətəndaşlar üçün müvəqqəti yaşayış icazəsinin rəsmiləşdirilməsi və verilməsi nəzərdə tutulub. Bu icazə 15 iş günü ərzində bir il müddətinə verilir və hər il uzadılır, lakin beş ildən çox olmur.скачать dle 11.3
Mojo.az Banner