Mojo.az Banner
13:25 Azərbaycan şahinlərinin təlimindən MÖHTƏŞƏM GÖRÜNTÜLƏR - Video  |     13:17 Partlayışda ölən qız qəbul imtahanından yüksək bal toplayıbmış  |     13:11 Venesuelada zəlzələ qurbanlarının sayı artmaqda davam edir - SON STATİSTİKA  |     13:09 Paşinyan seçkilərdən sonra ilk işgüzar səfərini Rusiyaya etdi  |     13:07 Tramp və Zelenski Ankarada görüşəcək  |     13:06 Yerin orbital sürəti minimumadək yavaşlayacaq  |     13:05 Qırmızı vərəqə aldı, amma oynayacaq: FIFA Baloquna yaşıl işıq yandırdı  |     12:53 Bakının mərkəzində PULSUZ mikroavtobuslar fəaliyyətə başladı - FOTO  |     11:41 Bakıda DƏHŞƏT: Kişi gəlinini narahat edən şəxsin üzərindən avtomobillə keçdi  |     11:37 Oğuza istirahətə gedən 49 yaşlı kişi öldü  |     11:27 II və III qruplar üzrə qəbul imtahanının düzgün cavabları açıqlandı  |     23:02 Azərbaycandan sonra daha bir ölkədə “Rus Evi” bağlandı  |     22:53 Çində yanacaq kəskin ucuzlaşdı  |     22:45 4-cü sinif şagirdi vəfat etdi - SƏBƏB  |     22:40 Azərbaycanda doğum son 80 ilin ən aşağı səviyyəsinə DÜŞƏCƏK  |     22:33 Sürücülər üçün vacib dəyişiklik – İşıqforlara yeni işarə əlavə edildi  |     22:28 Bu BÜRCLƏRİN milyonçu olmaq şansı çox yüksəkdir  |     22:19 Bu ölkədə 65 ildir benzinlə işləyən avtomobillərə icazə verilmir  |     22:19 Bakıda sərnişin avtobusu evə çırpıldı - 5 sərnişin xəsarət aldı  |     22:13 Mərakeş yığmasında ciddi itki  |    
Left Banner
Right Banner

Vətəndaşlar E-Polis mobil tətbiqi vasitəsilə sürücülük vəsiqələrini də yeniləyə biləcəklər

27.02.2025 19:16 831
Vətəndaşlar E-Polis mobil tətbiqi vasitəsilə sürücülük vəsiqələrini də yeniləyə biləcəklər
Daxili İşlər Nazirliyi tərəfindən polis-vətəndaş münasibətlərində operativliyin artırılması və vətəndaşyönümlü xidmətlərin təkmilləşdirilməsi məqsədilə ötən il istifadəyə verilən E-Polis tətbiqinə yeni funksiyalar əlavə edilib.

Bu barədə Daxili İşlər Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, artıq bu tətbiq vasitəsi ilə vətəndaşlar sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün onlayn qaydada müraciət edə biləcəklər. Bunun üçün mobil tətbiqə daxil olaraq ”yeni” müraciət bölməsinə keçid etməli və sürücülük vəsiqəsinin dəyişdirilməsi xidmətini seçməlidirlər. “Müraciət et” düyməsini sıxdıqdan sonra sürücülük vəsiqəsinə aid məlumatlar avtomatik olaraq pəncərədə əks olunacaq.

Vətəndaş dəyişdirilmə səbəbini qeyd etməli və sürücülük vəsiqəsini təhvil alacağı məntəqəni müəyyənləşdirməlidir. Sürücülük vəsiqəsində əks olunacaq şəkil üçün vətəndaş şəxsiyyət vəsiqəsində olan şəkili seçə və ya yeni şəkil yükləyə bilər. Yeni şəkil seçimində vətəndaşın üzü aydın görünməli və şəkil ağ fonda çəkilməlidir. Əgər hazırkı sürücülük vəsiqəsində vətəndaş eynəklidirsə, yeni şəkil də eyni formada çəkilməlidir. Növbəti mərhələdə dövlət rüsumu onlayn şəkildə ödənilir və sürücülük vəsiqəsinin dəyişdirilməsi “müraciətlərim” xanasında “gözləmədə” statusu şəklində görünür.

Müraciət edilən məntəqədə sürücülük vəsiqəsi operator tərəfindən hazırlandıqdan sonra status “hazırdır” olaraq dəyişdirilir. Bundan sonra vətəndaş məntəqəyə yaxınlaşaraq yeni sürücülük vəsiqəsini əldə edə bilər.скачать dle 11.3
Mojo.az Banner