Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |     11:57 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır  |    
Mojo.az Avto
Mojo.az Avto

Palma yağına tələbatı artırdı – Səbəb bu imiş

31.08.2026 12:10 483
Palma yağına tələbatı artırdı – Səbəb bu imiş
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyul aylarında ölkəyə idxal olunan kərə və süddən hazırlanan digər yağların həcmi 9.3 faiz və ya 1 548 ton azalaraq aşağı düşüb. Həmin dövrdə ölkədə kərə yağı istehsalında da artım qeydə alınmayıb. Əksinə, istehsal təxminən 10 faiz azalıb. Eyni dövrdə ölkəyə gətirilən bitki və heyvan mənşəli piy və yağların həcmi isə 17.8 faiz və ya 15 769 ton artıb. Belə yağların idxal həcmi kərə yağı idxalından təxminən yeddi dəfə çox olub.

Bu barədə Median.Az-a açıqlama verən iqtisadçı Razi Abbasbəyli bildirib ki, palma yağının Azərbaycana idxalının artması onun ölkədə istifadə sahələrinin genişlənməsi ilə bağlıdır:

“Bunun əsas səbəblərindən biri isə kərə yağının idxal qiymətlərinin bahalaşmasıdır. Azərbaycan Yeni Zelandiya, Belarus və Rusiyadan kərə yağı idxal edir və dünya bazarında qiymətlərin artması bu məhsulun maya dəyərinə də təsir göstərir. Nəticədə daha ucuz alternativ kimi palma yağına tələbat artır. Süd tədarükündə müşahidə olunan azalma da daxili bazarın kərə yağı ilə təminatına mənfi təsir göstərir. Rəsmi statistikada təxminən 10 faiz azalma göstərilsə də, reallıqda geriləmənin daha ciddi olduğu bildirilir. Maldarlıq təsərrüfatlarının sayının azalması, fermerlərin xərclərinin artması və süd istehsalının zəifləməsi daxili tədarükdə problemlər yaradır”.

O qeyd edib ki, daxili istehsalın azalması və xaricdən idxal edilən kərə yağının bahalaşması alternativ məhsullara marağı artırır:
“Palma yağı xüsusilə şirniyyat, qənnadı məhsulları, pizza və digər fast-food məhsullarının istehsalında geniş istifadə olunur. Bu səbəbdən də həmin məhsula bazarda tələbatın artması müşahidə edilir. Hazırda həm daxili süd və kərə yağı istehsalında geriləmə tendensiyası davam edir, həm də dünya bazarlarında kərə yağının qiyməti artır. Bu proses nəticə etibarilə kərə yağının daxili bazarda bahalaşmasına və istehlak payının azalmasına səbəb olur. Mövcud şəraitdə daha münasib qiymətə malik palma yağına tələbatın və onun idxalının artması məhz bu amillərlə əlaqələndirilir”.

Aysel

Son xəbərlər