Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA
Kirayə münasibətlərində mənzilə dəyən zərərin kim tərəfindən qarşılanması tez-tez mübahisə yaradan məsələlərdəndir. Adi istifadə nəticəsində yaranan aşınma ilə kirayəçinin ehtiyatsızlığı və ya qəsdən vurduğu zərər arasında hüquqi fərq mövcuddur. Kirayəçi mənzilə zərər vurduqda ev sahibinin kompensasiya tələb etmək hüququ necə müəyyən edilir və mübahisə yaranarsa, hansı sübutlar əsas götürülür?
Mövzu ilə bağlı hüquqşünas Elnur Məmmədov Median.Az-a açıqlamasında deyib ki, kirayə münasibətlərində mənzilə dəymiş zərərin kim tərəfindən qarşılanması zərərin xarakterindən və yaranma səbəbindən asılıdır:
“Adi istifadə nəticəsində meydana gələn təbii aşınma, bir qayda olaraq, kirayəçinin məsuliyyətinə aid edilmir. Lakin kirayəçinin ehtiyatsızlığı, təqsirli hərəkəti və ya qəsdən davranışı nəticəsində mənzilə zərər dəydikdə, ev sahibi dəymiş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Mübahisə yarandıqda zərərin mövcudluğu, həcmi, yaranma səbəbi və kirayəçinin təqsiri sübut edilməlidir. Bu məqsədlə mənzilin kirayəyə verilərkən və qaytarılarkən vəziyyətini əks etdirən foto və video materiallar, təhvil-təslim aktı, tərəflər arasındakı yazışmalar, təmir xərclərini təsdiq edən sənədlər və zərurət olduqda ekspert rəyi mühüm sübut əhəmiyyəti daşıyır. Beləliklə, ev sahibinin kompensasiya tələbi yalnız zərərin mövcudluğuna deyil, həm də həmin zərərin kirayəçinin məsuliyyətinə aid edilməsini əsaslandıran hallara söykənməlidir. Mübahisə məhkəməyə çıxarıldıqda sübutlar qanunvericiliyin tələblərinə uyğun olaraq məcmu şəkildə qiymətləndirilir”.