Mojo.az Banner
13:33 LEYSAN olacaq, bəzi ərazilərə qar yağacaq  |     13:20 Bakının bəzi mərkəzi küçələrində avtomobillərin hərəkəti hər gün məhdudlaşdırılacaq - FOTO  |     13:03 Ukraynada həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək  |     12:47 24 yaşlı qadının ölümünə səbəb olan həkim bir il həbsxanada qalacaq  |     12:44 "5 milyon qazansa da, gözü əlavə 100 manatdadır" – SOSİOLOQ  |     12:34 Fermerlərin NƏZƏRİNƏ: Yeni güzəştlərlə bağlı QƏRAR İMZALANDI  |     12:14 Sakinlərin NƏZƏRİNƏ: Bakının bəzi ərazilərində qaz olmayacaq  |     12:03 Kəndlərdə qızların erkən ərə verilməsinin səbəbləri AÇIQLANDI  |     12:01 Keçmiş yeznəsini qız adı ilə "TikTok"da aldadıb evə çağırdı  |     11:39 Prezidetin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE  |     11:14 Bir qrup prokurorluq əməkdaşına medallar verildi - SƏRƏNCAM  |     19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |    
Mojo.az Avto
Mojo.az Avto

İstanbulun üç böyük körpüsü Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb

27.05.2020 23:47 2 388
İstanbulun üç böyük körpüsü Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb
Türkiyənin İstanbul şəhərinin rəmzlərindən hesab edilən üç böyük körpü - “15 İyul Şəhidləri”, “Fatih Sultan Mehmet”, “Yavuz Sultan Səlim” körpüləri, eləcə də, tarixi abidələrdən olan “Qalata qülləsi” 28 May – Azərbaycanın Respublika Günü münasibətilə dövlət bayrağımızın rəngləri ilə işıqlandırılıb.

Azərbaycanın Türkiyədəki Baş konsulluğundan “Report”un yerli bürosuna verilən məlumata görə bu tarixi kompozisiya Baş konsulluğun təşəbbüsü, Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi (XİN), İstanbul Valiliyi və Quru yolları Baş İdarəsinin dəstəyi ilə baş tutub. Diplomatik nümayəndəlikdən bu xüsusi təbrik mesajının qardaş Türkiyənin Azərbaycana xüsusi diqqətinin bariz təzahürü olduğu deyilib.

Gecə saatlarında başlayaraq Azərbaycan bayrağının üç rəngində, mavi, qırmızı və yaşıl olmaqla baş tutan işıqlandırma dörd kompozisiya üzrə dəyişərək İstanbul boğazına, Mərmərə dənizinə xüsusi gözəllik verib.

İşıqlandırma səhər saatlarına qədər davam edəcək.скачать dle 11.3
Mojo.az Banner