Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət

15.07.2026 11:54 513
Bədəninizdə su çatışmazlığını göstərən 5 gizli əlamət
İnsanın maye ehtiyacı təkcə havanın temperaturu ilə deyil, həm də bədən çəkisi, fiziki aktivlik dərəcəsi, yaş, sağlamlıq durumu və ətraf mühitin rütubəti ilə müəyyənləşir.

Bu barədə tibb elmləri namizədi, cərrah Yekaterina Sautina Gazeta.ru nəşrinə açıqlamasında bildirib.

"Gün ərzində iki litr su içmək barədə məsləhətlərə tez-tez rast gəlinir. Əslində, bu, çox nisbi bir tövsiyədir. Çünki bu həcm bir nəfər üçün az, digəri üçünsə həddindən artıq çox ola bilər", - deyə həkim vurğulayıb.

Onun sözlərinə görə, gündəlik normanı müəyyən etmək üçün sadə bir düsturdan istifadə etmək mümkündür: "Yetkin insanın hər kiloqram bədən çəkisi üçün gün ərzində təxminən 30-35 ml maye tələb olunur. Məsələn, 70 kiloqram çəkisi olan şəxsin gündəlik ehtiyacı təqribən 2.1-2.5 litr təşkil edir. Lakin burada söhbət yalnız təmiz sudan deyil, orqanizmə daxil olan ümumi mayedən gedir. Bu həcmə şorbalar, içkilər, süd, həmçinin meyvə, tərəvəz və digər qidaların tərkibindəki su da daxildir".

Alim qeyd edib ki, yay fəslində orqanizmin mayeyə olan ehtiyacı təbii olaraq artır: "Havanın hərarəti 30 dərəcəni keçdikdə, insan çox tərləyəndə, idmanla məşğul olduqda, açıq havada işlədikdə və ya uzun müddət günəş altında qaldıqda, adi normaya əlavə olaraq təxminən 500-1000 ml maye qəbul etmək lazımdır. İntensiv fiziki məşqlər zamanı isə bu göstərici daha da artmalıdır. Çünki aktiv tərləmə nəticəsində gün ərzində bir neçə litr maye itkisi baş verə bilər".

Həkimin sözlərinə görə, su içmək üçün yalnız susuzluq hissini gözləmək həmişə doğru yanaşma deyil. Uşaqlarda və yaşlılarda bu mexanizm nisbətən zəif işləyir, buna görə də onlar yalnız orqanizm qismən susuzlaşdıqdan sonra susuzluq hiss edə bilərlər.

Mütəxəssis sidiyin rənginin vacib göstərici olduğunu da vurğulayıb: "Açıq saman rəngi adətən maye qəbulunun kifayət qədər olduğunu göstərir. Tünd rəngli sidik, ağız quruluğu, baş ağrısı, halsızlıq, iş qabiliyyətinin aşağı düşməsi və başgicəllənmə isə bədəndə maye çatışmazlığının əlamətləri ola bilər".

Bununla yanaşı, normadan artıq su içmək də təhlükəsiz deyil: "Qısa müddət ərzində orqanizmin ehtiyacından qat-qat artıq su qəbul etmək su-duz balansını poza və qanda natriumun konsentrasiyasını aşağı sala bilər. Bu hala nadir hallarda rast gəlinsə də, xüsusən də uzunmüddətli idman məşqləri zamanı yalnız su içib elektrolit itkisini bərpa etməyən şəxslərdə bu risk daha yüksəkdir".

Mütəxəssisin fikrincə, ən doğru yanaşma suyu gün ərzində davamlı olaraq az miqdarda qəbul etməkdir.
//oxu.az

Son xəbərlər