Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Gündə iki litr su mifi və sürətli arıqlamaq üçün diyetoloq tövsiyəsi

20.09.2024 12:45 1 851
Gündə iki litr su mifi və sürətli arıqlamaq üçün diyetoloq tövsiyəsi
Çoxumuz sağlamlığı qorumaq üçün gündə 2 litr su içmək lazım olduğunu eşitmişik. Ancaq ekspertlər deyirlər ki, bu mifdir və insan arıqlayarkən mayeyə olan ehtiyac artır. Bəs əslində arıqlamaq üçün nə qədər su içmək lazımdır?

Rusiyalı diyetoloq Yelena Kozlovskaya çəkini effektiv azaltmaq üçün düzgün su içməyin sirlərini açıqlayıb.

Həkimin sözlərinə görə, fərdi maye qəbulu norması bədən çəkisinin hər kiloqramına 25-30 ml təşkil edir.

"Lakin çəki atarkən bu rəqəm arzu olunan çəkinin hər kiloqramına 40 ml-ə qədər artır", - deyə o bildirib.

Mütəxəssis vurğulayıb ki, şəkərli içkilər və alkoqol maye hesab edilmir, onlar qidaya bərabər tutulur.

"Buna görə də, əgər arıqlamaq istəyirsinizsə, şirin qazlı içkilərdən imtina etmək və spirtli içkilərin qəbulunu məhdudlaşdırmaq daha yaxşıdır", - deyə o bildirib.

Yelena Kozlovskaya, həmçinin çay və qəhvə kimi sidikqovucu təsirli içkiləri bir stəkan təmiz su ilə tamamlamağı məsləhət görür.

"Bir saat ərzində içilməli olan optimal maye miqdarı 200-300 ml-dir. Xüsusilə axşam vaxtı birdən-birə çox su içməyin ki, ödemin güclənməsinin qarşısını alasınız", - deyə o bildirib.

Mütəxəssis bununla belə düzgün su rejiminə keçərkən, ödemin güclənə biləcəyi barədə xəbərdarlıq edib və bunun normal olduğunu deyib.

"Zaman keçdikcə orqanizm uyğunlaşacaq və su ehtiyatı toplamağa ehtiyac olmadığını başa düşəcək", - deyə diyetoloq bildirib.

O bu sadə tövsiyələrə əməl etməklə, bədəni optimal su balansı ilə təmin edərək asanlıqla və effektiv şəkildə arıqlatmağın mümkün olduğunu deyib.
//oxu.azскачать dle 11.3

Son xəbərlər