Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:28 Bakıda yeddi avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi  |     16:04 Bankda pul saxlayanlar bunu mütləq bilməlidir  |     15:57 İlham Əliyev Aleksandr Zuyevi qəbul edib  |     15:56 DTX sabiq vəzifəli şəxsi həbs etdi  |     15:54 Ayrılmaq istəyən sevgilisini maşında döydü  |     15:53 İlham Əliyev İƏT-in baş katibini qəbul edib - Video  |     14:56 Kirayəçi mənzilə zərər vurduqda ev sahibi kompensasiya tələb edə bilərmi? – AÇIQLAMA  |     14:55 Tanınmış jurnalistə yeni vəzifə verildi  |     13:47 Uşaqlar niyə aqressivləşir? – Pediatrdan valideynlərə xəbərdarlıq  |     13:36 Ermənistan ərazisinə keçən çoban Azərbaycana qaytarılıb  |     13:35 Azərbaycan ən çox hansı məhsulları xaricdən alır? – ARAŞDIRMA  |     13:27 Cinayət işlərində hüquqi yardıma dair Avropa Konvensiyasına Əlavə Protokol təsdiqlənib  |     13:14 İlham Əliyev Özbəkistanla iki sənədi təsdiqlədi  |     13:12 Prezident tikinti ilə bağlı komissiya yaratdı, Şahin Mustafayevə yeni vəzifə verdi  |     12:56 Bakıda keçirilən beynəlxalq forumun yekununda mühüm sənəd qəbul ediləcək  |     12:49 Ağac kəsərkən qaydaları pozdu - İşdən azad edildi  |     12:40 Mehriban Əliyeva Fərhad Xəlilovu təbrik etdi - Foto  |     12:25 İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib - Foto  |     12:13 Eyni dərman apteklərdə niyə fərqli qiymətə satılır? - Tarif Şurasından açıqlama  |     11:59 İlham Əliyev Aleksander Van der Belleni təbrik etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? - Həkimlərdən xəbərdarlıq

18.05.2026 22:33 546
Rotavirus uşaqlar üçün niyə təhlükəlidir? - Həkimlərdən xəbərdarlıq
Son dövrlərdə uşaqlar arasında sürətlə yayılan rotavirus yenidən diqqət mərkəzinə gəlib. Əsasən şiddətli ishal ilə müşahidə olunan bu virus xüsusilə körpələr və azyaşlı uşaqlar üçün təhlükəli hesab olunur. Mütəxəssislər bildirirlər ki, vaxtında müdaxilə edilmədikdə xəstəlik ciddi maye itkisinə və ağır fəsadlara səbəb ola bilər.

Rotavirus ən çox qışın sonu və yaz aylarında yayılır. Xəstəlik adətən yüksək hərarət və qusma ilə başlayır. Daha sonra tez-tez təkrarlanan sulu ishal yaranır. Qarın ağrısı və halsızlıq da əsas əlamətlər sırasında yer alır. Şikayətlər bir neçə gündən bir həftəyə qədər davam edə bilər.

Həkimlərin sözlərinə görə, virus çox yoluxucudur və xüsusilə bağça, məktəb, xəstəxana kimi kollektiv yerlərdə sürətlə yayılır. Gigiyena qaydalarına əməl edilməməsi, ortaq istifadə olunan əşyalar və xəstə şəxslərlə təmas yoluxma riskini artırır.

Uşaq sağlamlığı üzrə mütəxəssislər bildirirlər ki, rotavirusda ən böyük təhlükə bədənin sürətlə maye itirməsidir. Xüsusilə 4 ay ilə 2 yaş arasındakı uşaqlarda xəstəlik daha ağır keçə bilər. Bu səbəbdən uşağın bol maye qəbul etməsi vacib sayılır.

Mütəxəssislər bu dövrdə uşaqlara su, qatıq, düyü, kartof, banan və ana südü verilməsini tövsiyə edirlər. Ağır hallarda isə xəstəxanada damardaxili maye müalicəsi lazım ola bilər.

Həkimlər qeyd edirlər ki, ana südü ilə qidalanan körpələr xəstəliyi daha yüngül keçirirlər. Rotavirusdan qorunmanın ən effektiv yolu isə peyvənddir. Peyvənd uşaqları xüsusilə həyatın ilk illərində ağır ishal və təhlükəli maye itkisinə qarşı qoruyur.

Mütəxəssislər valideynlərə uşaqlarda uzun sürən ishal, qusma və halsızlıq müşahidə olunduqda vaxt itirmədən həkimə müraciət etməyi tövsiyə edirlər.
//qaynar.az

Son xəbərlər