Mojo.az Banner
19:35 "Formula-1"in keçdiyi küçələrdə nəqliyyatın hərəkəti TAM bərpa olunub  |     22:55 Bu müəlimlərin əməkhaqqı artırılacaq - MÜTDA  |     22:32 78 yaşlı baba nəvəsinin sevgilisini çarpayının altında tutdu, 30 bıçaq zərbəsi vurdu  |     22:20 Bu ölkədə yemək də, qalmaq da pulsuzdur  |     22:13 Bakıda kondisionerə görə artıq pul istəyən taksi sürücüsü HƏBS OLUNDU  |     22:06 Sumqayıtda sübh tezdən oteldə insident törədən qız HƏBS OLUNDU  |     22:01 Heç vaxt müflis olmayacaq BÜRCLƏR  |     21:54 Süni intellekt tanrıya və ruhlara“inanmağa” başladı  |     21:48 Şəmkirdə qadın qaşıqla keçmiş ərinin başını əzdi  |     21:40 Yarasalar ilk dəfə harada peyda olub? - TƏDQİQAT  |     21:33 Bakıda aliment borclarını ödəməyən ata həbs olundu  |     21:27 Rusiyaya gedən şaftalı yükündən görün nələr çıxdı? - VİDEO  |     21:13 Uranın peykinin altında 160 kilometr dərinliyində okean olmuş ola bilər  |     21:08 Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi  |     21:03 Taylandda güclü yağışlar daşqınlara səbəb oldu  |     20:56 Mənzil almazdan əvvəl bunu bilməlisiniz – Hansı evlər dəyər itirə BİLƏR?  |     20:51 Emin Ağalarov: “Sea Breeze" beynəlxalq investisiya xəritəsinə daxil olub”  |     20:43 Miri Yusif “Tanrı”nı təqdim etdi - VİDEO  |     20:38 İranda avtobus qəzası: 11 ölü, 17 yaralı var  |     20:29 Azərbaycanda bu məktəblər birləşdirilə bilər - Yeni qərarın detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Yanğına səbəb olan sahibkarlara hansı cəzalar verilir? - Vəkildən AÇIQLAMA

26.11.2025 22:05 516
Yanğına səbəb olan sahibkarlara hansı cəzalar verilir? - Vəkildən AÇIQLAMA
Son günlər ölkədə bir-birinin ardınca böyük yanğın hadisələri qeydə alınır. Bu hadisələr müxtəlif ərazilərdə və fərqli məkanlarda baş verir, bəzən isə fəsadlar yaradır. Təəssüf ki, bəzi yanğınlar insan tələfatı ilə də nəticələnərək cəmiyyətdə ciddi narahatlıq doğurur.

İlkin araşdırmalar göstərir ki, hadisələrin baş verməsində sahibkarların səhvləri var. Bəs belə hallarda təhlükəsizlik qaydalarına əməl etməməyə görə sahibkarları hansı cəzalar gözləyir?

Sfera.az-a məsələ ilə bağlı açıqlama verən hüquqşünas Babək Umudov bildirib ki, sahibkarlar və müəssisə rəhbərlərinin yanğın təhlükəsizliyi qaydalarını pozarlarsa və bunun nəticəsində zərər dəyərsə bu, inzibati və ya cinayət məsuliyyəti yaradır.

O qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar 20 manatdan 30 manatadək məbləğdə cərimə edilir:

“Vəzifəli şəxslərə isə xəbərdarlıq edilir və ya onlar 100 manatdan 150 manatadək məbləğdə, hüquqi şəxslər 350 manatdan 500 manatadək məbləğdə cərimələnirlər.
İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə görə, inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, hüquqi şəxslər 2000 manatdan 3000 manatadək məbləğdə cərimə olunurlar”.

Hüquqşünas söylədi ki, əgər bu pozuntuların nəticəsində insan sağlamlığına zərər dəyərsə və ya ağır nəticələr baş verərsə, cinayət məsuliyyəti də tətbiq oluna bilər. Onun sözlərinə görə, bu halda daha ağır cəzalar nəzərdə tutulur:

“Cinayət Məcəlləsinin 225.1-ci maddəsinə əsasən üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda - 2000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda - 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ildən 6 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

B.Umudov qeyd etdi ki, hadisə zamanı iki və daha çox şəxsin ölümü baş verirsə, bu halda günahkar olan şəxs 3 ilədək müddətə müəyyən vəzifə tutmaq və ya müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməklə 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər:

“Əlavə olaraq qeyd edim ki, sahibkarlar, həmçinin yanğından mühafizə sistemlərinin və vasitələrinin sazlığını təmin etməyə, baş vermiş yanğınlar və nəticələri barədə müvafiq orqanlara dərhal məlumat verməyə borcludurlar. Üstəlik, qaydaların pozulması nəticəsində dəymiş ziyanın bərpası da sahibkarın üzərinə düşür və cərimə ödəmək onu bu öhdəlikdən azad etmir”.скачать dle 11.3
Mojo.az Banner