Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:55 Günəşdə XXI əsrin rekordu təkrarlandı | 22:46 Orbanın qardaşı saxlanıldı | 22:35 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var | 22:26 Lənkəranda tanınmış güləş məşqçisi vəfat etdi | 22:12 Qaxda kişi fındıq yığmağa kömək etməyən arvadını döydü, cinayət işi açıldı | 22:01 Ərdoğan: "İlham Əliyev qardaşımın liderliyi altında Qarabağda yenidənqurma səfərbərliyi həyata keçirilir" | 21:52 Pau Kubarsi "Qızıl oğlan" mükafatının qalibi oldu | 21:42 Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün keçmiş geridə qalacaq | 21:35 Azərbaycan Türkiyəyə başsağlığı verdi | 21:22 Tramp səhvlərini etiraf etdi | 21:05 ChatGPT istifadəçinin psixoloji profilini yaradır: Alimlərdən yeni tapıntı | 20:59 Şəmkirdə keçmiş vəzifəli şəxs vəfat etdi | 20:50 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" - Video | 20:32 Tramp ondan İranla danışıqlarda vasitəçilik etməsini istəyib | 20:27 Rəsmi Bakı Türkiyəyə başsağlığı verdi | 20:04 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq | 19:55 "Təbii Qələbə Tağı" - Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım etdi - VİDEO | 19:31 Cəlilabadda fərdi yaşayış evi yandı (VİDEO) | 19:27 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb | 19:22 ABŞ-nin vitse-prezidenti gələn həftə İran rəsmisi ilə görüşəcək |
Mojo.az Avto
Mojo.az Avto

"Whatsapp" istifadəçilərinə xəbərdarlıq: Bunu etməsiniz, hesabınıza girəcəklər

29.10.2025 14:28 681
Bilinməyən və ya tanış kimi görünən nömrələrdən göndərilən şübhəli keçidlərə daxil olmaq nəticəsində "WhatsApp” istifadəçilərinin hesablarına icazəsiz giriş cəhdləri son dövrlərdə artıb. 

Kiberdələduzlar bu üsuldan istifadə edərək vətəndaşlara SMS vasitəsilə göndərilən təsdiqləmə (OTP) kodlarını ələ keçirməyə çalışırlar. Bu kodlar paylaşıldığı halda istifadəçilərin "WhatsApp” hesabları oğurlanır. Daha sonra onların adından yaxınlarına saxta mesajlar göndərilir. Beləliklə, həmin şəxslərin maliyyə vəsaiti və şəxsi məlumatlarının ələ keçirilməsinə cəhdlər edilir.
 
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin hesablarının qorunması üçün aşağıdakı təhlükəsizlik tədbirlərini görməyi tövsiyə edir:

* Tanımadığınız nömrələrdən gələn linkləri açmayın.
* ⁠Tətbiqləri yalnız rəsmi mənbələrdən yükləyin.
* OTP və təsdiqləmə kodlarını heç kəslə bölüşməyin.
* Tətbiq ayarlarında ikimərhələli təsdiqləmə funksiyasını aktivləşdirin.
* ⁠Şübhəli hallarla rastlaşdıqda tətbiqin dəstək xidmətinə müraciət edin.
* Profil məlumatlarını (son görülmə, profil fotosu, status və s.) yalnız kontaktlarınıza görünəcək şəkildə məhdudlaşdırın.
* Yaxınlarınızı, xüsusilə yaşlı və texnologiyadan az istifadə edən şəxsləri belə dələduzluqlar barədə məlumatlandırın.

Son xəbərlər