Mojo.az Banner
20:29 Yağışa görə dəyən ziyanın 10 milyona çatacağı gözlənilir  |     20:23 "WhatsApp"da rəngli profillərin mənaları nələrdir?  |     20:18 Dövlət sərhədini pоzan 9 nəfər saxlanılıb  |     20:10 Yoxlamalar nəticəsində 12 aptekdə nöqsanlar aşkarlandı  |     20:05 Bayram günlərində təcili tibbi yardım xidmətinə 50 minə yaxın müraciət daxil olub  |     19:59 Bu şəxslər də müəllim işləyə biləcək  |     19:51 Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak oldu  |     19:46 2000-dən çox İran əsgəri öldürülüb - İsrail  |     19:39 Avtomobil nömrəsini itirın sürücü nə etməlidir?  |     19:35 Paşinyan: "Azərbaycan üzərindən dəmiryolu əlaqələri həyati əhəmiyyət daşıyır"  |     19:34 Qaradağda yolu sel apardı - Video  |     19:22 Qaradağ rayonunun bir qəsəbəsində məktəb onlayn rejimə keçdi - SƏBƏB  |     19:21 Portuqaliya Azərbaycanda səfirlik açacaq  |     19:07 Putin Azərbaycanla Ermənistan münasibətləri barədə: "Nöqtə qoymaq lazımdır"  |     18:47 Baş nazir Əli Əsədov Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb  |     18:43 Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı  |     18:36 Özbəkistanın baş naziri Azərbaycanda səfərdədir  |     18:29 XİN-də "Konsul leqallaşdırılması" informasiya sistemi yaradılacaq  |     18:21 Ötən il Azərbaycanda 1 uşağa Zidan adı verilib  |     18:15 Paytaxtın hansı küçələrində SIXLIQ MÜŞAHİDƏ OLUNUR?  |    
Left Banner
Right Banner

"Telegram" hesabları bu üsulla ələ keçirilir (XƏBƏRDARLIQ)

11.04.2024 19:37 810
Son vaxtlar "Telegram" hesablarının oğurlanması kütləvi hal alıb.

İKT mütəxəssisi Elvin Abbasov deyir ki "Telegram" hesablarının oğurlanması daha çox fişinq hücumları vasitəsilə həyata keçirilir.

Vətəndaşlara saxta keçidlər göndərilir. Həmin keçidə daxil olduqda istifadəçilərdən mobil nömrələrini daxil etmələri tələb olunur. Daha sonra təsdiqləmə kodu göndərilir ki, bu şifrəni daxil etdikdə şəxsin hesabı və yazışmaları ələ keçirilir. Mütəxəssis bildirib ki, dələduzlar "Telegram" hesablarını ələ keçirəndən sonra ondan müxtəlif məqsədlər üçün istifadə etməyə çalışırlar.

Elvin Abbasov deyir ki, heç kəs özünün sosial şəbəkə hesabının kiməsə lazım olmadığını düşünməməlidir. Onun sözlərinə görə, kiberdələduzların toruna düşməmək üçün şəxsi səhifələr ən güclü şəkildə qorunmalıdır.

Elektron Təhlükəsizlik Xidməti də "Telegram" hesablarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edib. Bildirilib ki, hazırda vətəndaşların "Telegram" hesablarının ələ keçirilməsi halı müşahidə olunur. Məsələ ilə bağlı müvafiq araşdırmalar aparılır. Vətəndaşlara "Telegram" hesablarının təhlükəsizliyi üçün ikimərhələli təsdiqləməni aktivləşdirmək tövsiyə olunur.скачать dle 11.3
Mojo.az Banner