Mojo.az Banner
23:02 Ağıllı telefonlar dövründə qol saatı taxan insanlar bunu səbəbsiz etmir (ARAŞDIRMA)  |     22:56 Dünyanın ən xoşbəxt ölkəsi xoşbəxtliyin formulunu axtarır  |     22:51 Sürücülərin NƏZƏRİNƏ: Bakıda sürət həddinin endirilməsi planlaşdırılır - Video  |     22:43 Kulinariyanın yeni trendi "təbii maya" - Necə hazırlanır?  |     22:38 14 milyonluq qalmaqalda Tahir Qədəşovun həbsi tələb edilir  |     22:30 Bu ölkədə prezidentliyə 35 namizəd var  |     22:25 Kollektorun üzərində daha 22 ev var - 8-i sökülməlidir (Video)  |     22:18 Nigeriyada terror: 10 əsgər öldü  |     22:05 Rusiya-Ukrayna müharibəsi bitir? - Son danışıqlardan yeni siqnallar  |     21:59 ADSEA-nın tabeli qurumları Bakı və Abşeronda suçəkmə işlərini davam etdirirlər - Video  |     21:51 İmişlidə müəmmalı ölüm: 15 yaşlı qızın meyiti yarımtikilidə tapıldı  |     21:46 Azər Bağırov: "Qarabağ"la oyundan sonra komandamı tanıya bilmirəm"  |     21:38 ABŞ hərbi təyyarəsi Krit yaxınlığında həyəcan siqnalı verib  |     21:33 Sabiq agentlik sədri Naxçıvanda TALAN MEXANİZMİNİ AÇIQLADI: "Pullar Talıbova verilirdi"  |     21:25 Ağır qəzada qolunu itirən "Nikosayağı" aylar sonra göründü - VİDEO  |     21:19 Şagirdləri təhqir edən müəllimlə bağlı tədbir görüldü  |     21:12 Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ  |     21:05 Burak Denizin evindən narkotik vasitə çıxdı  |     21:00 Balın təbiiliyi necə müəyyən olunur? - Video  |     20:52 Sevgilisini öldürən iş adamı anlaqsız vəziyyətdə olub? - Yenidən yoxlanacaq  |    
Left Banner
Right Banner

Məşhurlar da “ağlayırlar”, sadə istifadəçilər də: “Səhifələri oğurlayıb kriptovalyutaya satırlar” - FOTO

17.01.2024 19:57 861
Məşhurlar da “ağlayırlar”, sadə istifadəçilər də: “Səhifələri oğurlayıb kriptovalyutaya satırlar” - FOTO
Sosial şəbəkə hesablarının kiberdələduzlar tərəfindən oğurlanması halları geniş yayılmaqdadır.

Ötən gün Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan şəxsi “Instagram” hesabı oğurlanıb.

Bəs görəsən, sosial şəbəkə hesablarını oğurlanmadan necə qoruyaq?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən “Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) Sənayesi Assosiasiyası”nın İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, sosial şəbəkə hesablarının kütləvi şəkildə oğurlanması fərqli-fərqli məqsədlər daşıyır:


“Son vaxtlar bu kimi hallara daha çox rast gəlinir. Bunlardan bəziləri şəxsi-qərəzlilik müstəvisində olur. Bir çox hallarda isə kütləvi izləyicisi olan səhifələri oğurlayıb onları kriptovalyutaya satırlar, ya da dələduzluq məqsədləri ilə istifadə edirlər. Çünki böyük izləyici kütləsi olan hesablar daha çox diqqət cəlb edir. Çox böyük kütləsi olan səhifələr bu məqsədlə oğurlanır. Daha sonra həmin səhifələrə diqqət yetirsək, görərik ki, müxtəlif reklamlar üzə çıxır. Kriptovalyuta satışları həyata keçirilir”.

Mütəxəssis oğurlanan səhifələrin bərpasının mümkün olduğunu qeyd edib:

“Bu kimi halların qarşısını almaq üçün ikili identifikasiya aktivləşdirilməlidir. İlk tövsiyə budur. 100 faiz olmasa da, 90 faiz oğurlanmanın qarşısını alır. Yəni səhifəyə yeni girişdə sizin telefonunuza kod gəlir. Kod vasitəsilə giriş edirsiniz. Bir neçə təsdiqdən sonra ikili təsdiq kodu qurulur.

Oğurlanan böyük səhifələrin bərpası mümkündür. Əgər mavi nişan (tık) alınmayıbsa, siz Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidmətinə müraciət etmək olar. Oğurlanan səhifələrin bərpası üçün cəhd etmək mümkündür”.

Məsələ ilə bağlı Elektron Təhlükəsizlik Xidmətindən Oxu.Az-a açıqlamasında bildirilib ki, sosial şəbəkələrdə istifadəçilərin fəaliyyəti, eləcə də sosial şəbəkə ilə istifadəçilər arasındakı münasibətlər sosial şəbəkə inzibatçıları tərəfindən müəyyənləşdirilmiş qayda və şərtlərlə tənzimlənir:

“Sosial şəbəkələr istifadəçilərə öz təhlükəsizliyini təmin etmək üçün müxtəlif imkanlar təqdim edir. Elektron Təhlükəsizlik Xidməti olaraq istifadəçilərə sosial şəbəkə hesablarının təhlükəsizliyini təmin etmək üçün mürəkkəb və unikal şifrələrdən istifadə etməyi və ikimərhələli tanıma funksiyasını aktivləşdirməyi tövsiyə edirik. Həmçinin etibarlılığından əmin olmadığınız üçüncü tərəf proqramlar və tətbiqlər vasitəsilə sosial şəbəkə hesablarına giriş məlumatlarını daxil etməmək, hesaba daxil olan cihazları nəzərdən keçirmək tövsiyə edilir”.

Qurumdan, həmçinin bildirilib ki, hesabla əlaqədar elektron poçta gələn məktublara qarşı diqqətli olmaq vacibdir:

“Belə ki, şübhəli mənbələrdən göndərilən elektron poçt məktublarındakı keçidlərə daxil olaraq öz hesab məlumatlarını daxil etməmək lazımdır. Bu istiqamətdə ən vacib maarifləndirmə tədbirlərinin görülməsidir. ETX kiberdələduzluq halları ilə bağlı mütəmadi olaraq öz rəsmi informasiya ehtiyatı və sosial şəbəkə hesabları vasitəsilə maarifləndirmə işləri həyata keçirir”. скачать dle 11.3
Mojo.az Banner