Mojo.az Banner
20:22 Məşhur klinika 26 min manat cərimələndi - RƏSMİ  |     20:17 Azərbaycanda bu şəxslərin evlənməsi QADAĞANDIR  |     20:11 Bakının bu küçəsinə tanınmış alimin adı verildi  |     20:04 Fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb  |     19:56 Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçir  |     19:51 "Qaradağ-Lökbatan" PFK ləğv olunur  |     19:44 Sabah 34° isti olacaq  |     19:39 "TRUMP TV" fəaliyyətə başladı  |     19:30 Azərbaycan - Çexiya matçının hakimləri müəyyənləşdi  |     19:24 Mərkəzi Klinikada qalmaqal: Şöbə müdiri infrakt keçirən qadının oğlunu təhqir etdi (İDDİA)  |     19:15 Ukraynada azərbaycanlı polis rəisinin otağı dronla vuruldu  |     19:10 İki azyaşlı bağlı qapı arxasında qaldı - VİDEO  |     19:03 Bakıda təmir edilən yol yenidən çökdü - VİDEO  |     18:59 Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi  |     18:38 Bu istiqamətlərdə tıxac var - SİYAHI  |     18:24 Ermənistanın Xarici Kəşfiyyat Xidmətinin rəisi Bakıya gəlib  |     18:22 Cəlilabadda fermada güllələnmə: Gözətçi ürəyindən yaralandı  |     17:18 Şəmkirdə 13 il əvvəl törədilən qətlin üstü açıldı  |     17:01 Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı  |     17:00 Evdən pul dolu seyfi oğurlayan şəxslər qandallandılar  |    
Mojo.az Avto
Mojo.az Avto

Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?

19.09.2026 19:09 195
Yuxu zamanı yataq otağındakı işıq ürəyə necə təsir edir?
Yuxu zamanı yataq otağında zəif də olsa işığın qalması ürək-damar sağlamlığı ilə bağlı müəyyən risklərlə əlaqəli ola bilər. Yeni araşdırmada gecə işığına məruz qalmanın ürəyin quruluşuna və gələcəkdə ürək çatışmazlığı riskinə mümkün təsiri müəyyən edilib.

Qaynarinfo "Prevention"a istinadən xəbər verir ki, araşdırma çərçivəsində Böyük Britaniyada 11 mindən çox insanın yuxu zamanı işığa məruz qalması izlənilib. İştirakçılar bir həftə ərzində biləklərində xüsusi sensor daşıyıblar. Təxminən üç il sonra onların ürəkləri MRT müayinəsindən keçirilib.

Nəticələr göstərib ki, gecə saatlarında daha çox işığa məruz qalan şəxslərdə ürəyin sol mədəciyində qalınlaşma və ürək əzələsinin yığılma zamanı normal genişlənmə qabiliyyətinin azalması kimi dəyişikliklər müşahidə olunub.

Mütəxəssislərin diqqət çəkdiyi məqamlardan biri işığın miqdarının kifayət qədər az olmasıdır. Araşdırmada 3 luksdan çox gecə işığına məruz qalma bu dəyişikliklərlə əlaqələndirilib. Məsələn, yatağın yanındakı telefondan gələn işıq və ya dəhlizdə yanılı qalan lampanın otağa düşən işığı buna nümunə göstərilir.

Araşdırmanın daha uzunmüddətli müşahidə hissəsində isə gecə işığına daha çox məruz qalan iştirakçılarda 8-10 il ərzində ürək çatışmazlığı riskinin 29 faiz yüksək olduğu müəyyənləşdirilib.

Kardioloqlar bildirirlər ki, burada əsas məsələ yalnız işığın özü deyil, onun yuxu və orqanizmin bioloji ritminə təsiridir. Gecə işığı bədənin sirkadiyalı ritmini poza, bununla da qan təzyiqi, maddələr mübadiləsi və qan şəkərinin tənzimlənməsi kimi ürək sağlamlığı üçün vacib proseslərə təsir göstərə bilər.

Həkimlər yataq otağını mümkün qədər qaranlıq saxlamağı, lazımsız lampaları söndürməyi və yatmazdan əvvəl parlaq ekranlardan istifadəni azaltmağı tövsiyə edirlər. Qalın pərdələrdən və yuxu maskasından istifadə də faydalı ola bilər.

Bununla belə, mütəxəssislər tam qaranlıq yaratmaq mümkün olmadıqda insanların narahat olmasına ehtiyac olmadığını vurğulayırlar. Gecə təhlükəsiz hərəkət etmək üçün işıq lazımdırsa, mümkün qədər zəif gecə lampasından istifadə etmək kifayətdir.

Həkimlərin fikrincə, keyfiyyətli yuxu ürək sağlamlığının digər vacib amilləri – fiziki aktivlik, düzgün qidalanma, normal çəki, qan təzyiqi və xolesterinin nəzarətdə saxlanılması ilə birlikdə qiymətləndirilməlidir.скачать dle 11.3
Mojo.az Banner