Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:16 Bakıda qadın sürücü qəza törətdi, ölən var | 11:11 Alyona Əliyeva COP31-dən paylaşım edib - Foto | 11:08 MİDA 1049 mənzili satışa çıxarır — qiymətlər 43 min 225 manatdan başlayır | 11:03 Məşğulluqdan aldığı inkubator aparatını satdı - İş Ali Məhkəməyə qədər getdi | 23:01 Britaniya Rusiyanın ən böyük 10 neft hasil edən şirkətinə sanksiyalar tətbiq edib | 22:54 Hörmüz boğazının şərqində 2 tanker alışıb | 22:48 Bir nüvə partlayışı peyklərin 98 faizini sıradan çıxara bilər | 22:40 Ceyhun Bayramovla Mirzoyan ayaqüstü söhbət etdilər - VİDEO | 22:35 Nəvəsinin andiçməsinə gedərkən itkin düşən kişinin meyiti tapıldı: Təfərrüat | 22:26 Azərbaycan ilə Ermənistan arasında transsərhəd çaylarla bağlı işçi qrupları yaradılıb | 22:20 Son bir ildə Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb | 22:13 Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var | 22:08 Prezident İlham Əliyevin Yunanıstanın Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub - Foto | 22:00 Barəsində 48 axtarış qərarı olan şəxs Azərbaycanda saxlanıldı | 21:53 Bakıda vərəm xəstələri görüntülü zənglə izlənilir? - Açıqlama | 21:46 Lənkəranda şəhid anası vəfat etdi | 21:40 İlham Əliyevin Nikol Paşinyan ilə görüşü olub - FOTO | 21:34 Uşağa hər istədiyini almaq olmaz - Psixoloqdan valideynlərə xəbərdarlıq | 21:26 Türkanda qanunsuz karxana işlədən şəxs cəzalandırıldı - Dövlətə 21 min manatlıq ödəniləcək | 21:21 6 min manatlıq vəd, yarımçıq qalan iş və amnistiya - Sabiq xidmət əməkdaşı azadlığa buraxıldı |
Mojo.az Avto
Mojo.az Avto

Yatarkən bunu edənlər diqqətli olsunlar!

12.09.2026 22:55 579
Yatarkən bunu edənlər diqqətli olsunlar!
Pəncərədən düşən küçə işığı, zəngli saatın ekranı və ya elektron cihazların kiçik LED işıqları... Keçirilən son elmi araşdırma gecə yuxusu zamanı məruz qalınan bu işıqların ürəyin quruluşunda və fəaliyyətində təhlükəli dəyişikliklərə səbəb olduğunu ortaya çıxarıb.

Median.Az 
xəbər verir ki, "European Heart Journal" jurnalında yayımlanan araşdırmaya əsasən, gecə uykusu zamanı işığa məruz qalmaq ürək fəaliyyətinə ciddi zərər vurur.

Əvvəlki tədqiqatlar gecə işıqda yatmağın tac damar xəstəlikləri, infarkt, ürək çatışmazlığı və insult riskini artırdığını göstərib. Lakin yeni çalışma bu vəziyyətin ürəyin strukturu və funksiyasına necə təsir etdiyini araşdıran ilk iş hesab olunur.

Tulan universitetindən baş tədqiqatçı dr. Lu Qi bildirib ki, ürəkdəki bu struktural dəyişikliklər gecə işığı ilə bağlı yaranan ürək problemlərinin səbəbini izah etməyə kömək edir.

Məlumata görə, alimlər əvvəllər ürək-damar xəstəliyi olmayan 11 071 nəfərin göstəricilərini təhlil ediblər. İştirakçılar biləklərində işıq və hərəkət sensorları daşıyıblar, bir neçə il sonra isə onların ürək MRT müayinələri aparılıb.

Tədqiqatçılar gecə tam qaranlıqda yatan şəxsləri çox zəif işıq səviyyəsinə (ən azı 3 lyuks) məruz qalanlarla müqayisə ediblər. Pəncərədən sızan küçə lampaları, saat işıqları və elektron cihazların LED göstəriciləri əsas işıq mənbələri kimi qeyd olunub.

Həyat tərzi və səhhət faktorları nəzərə alındıqdan sonra məlum olub ki, norma üzərindəki hər işıq şüası ürək-damar sistemində hissolunacaq zədələrə yol açır. Ən yüksək işığa məruz qalan qrupda tam qaranlıqda yatanlara nisbətən sol mədəcikdə orta hesabla 2,4 faiz böyümə, ürək divarında 1,5 faiz qalınlaşma və ürəyin yığılma qabiliyyətində 1,9 faiz azalma qeydə alınıb.

Həmçinin ən yüksək işıq qrupundakı şəxslərdə aşağı göstəriciyə malik olanlarla müqayisədə ürək çatışmazlığı riski 29 faiz, infarkt riski 24 faiz, insult riski 33 faiz və ürək-damar xəstəliklərindən ölüm riski 26 faiz daha yüksək olub.

Mütəxəssislər bu təhlükədən qorunmaq üçün otaqda qaranlıq pərdələrdən istifadə etməyi, yataq otağında isti tonlu işıqlara üstünlük verməyi və məişət cihazlarının LED işıqlarını söndürməyi tövsiyə edirlər.

Son xəbərlər