Mojo.az Banner
21:05 İsrail hökuməti “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verdi  |     20:59 Bakıda yaşlı qadın ərini baltalayıb  |     14:25 Azərbaycan Ssenaristlər Gildiyası fəaliyyətə başladı – Nicat Dadaşovla MÜSAHİBƏ  |     23:03 Meteohəssas insanların nəzərinə!  |     22:56 Bakıda qadın evində ölü tapıldı  |     22:51 Sanksiyalar və müharibə İranı çökdürür - Qiymətlər KƏSKİN BAHALAŞDI  |     22:44 Bir gündə 34 kiloqramdan çox narkotik aşkarlanıb  |     22:41 İstidən qorunmağın dadlı və sadə yolları - Həkimdən praktik məsləhətlər  |     22:31 "Qarabağ" Avstriya klubunu böyük hesabla məğlub etdi  |     22:27 Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək  |     22:22 Pensiya və müavinətlərlə bağlı mühüm xəbər: Ödənişlərin vaxtı dəyişir? - AÇIQLAMA  |     22:14 Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK  |     22:09 İstanbul hava limanında gərgin anlar: Azərbaycanlı qadının çantasından bunlar çıxdı – VİDEO  |     22:01 Pakistanda atışma və güclü partlayış baş verdi  |     21:56 Qayda pozan motosiklet sürücülərinə qarşı tədbirlər sərtəşdirilir - Video  |     21:48 "UFC Fight Night Baku": İkram Aliskerov braziliyalı rəqibini məğlub edib  |     21:47 Afrikada vəba epidemiyası: 14 ölkəyə yayıldı  |     21:44 Şamaxıda Ağsu çayı daşdı - İnsanlar yollarda qaldı - Video  |     21:38 Tovuzda ağır QƏZA: Ölən və xəsarət alanlar var  |     21:29 Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər  |    
Left Banner
Right Banner

Ürək problemlərinin erkən, lakin tez-tez gözardı edilən üç əlaməti

02.12.2025 11:55 303
Ürək problemlərinin erkən, lakin tez-tez gözardı edilən üç əlaməti
Rusiyalı kardioloq Valeriya Bonadıkova ürək problemlərinin çox vaxt diqqətdən kənarda qalan üç erkən simptomunu açıqlayıb.

Median.Az
xəbər verir ki, həkim bu barədə Lenta.ru-ya müsahibəsində danışıb.

Valeriya Bonadıkovanın sözlərinə görə, ürək xəstəliklərinin həyəcanverici, lakin tez-tez gözardı edilən əlamətlərindən biri çənədə, boyunda, beldə və ya qarının yuxarı hissəsində yaranan atipik, sıxıcı ağrıdır. Həkim bildirib ki, xüsusilə fiziki gərginlik zamanı baş verən və nəfəs darlığı və ya ürəkbulanma ilə müşayiət olunan bu ağrı işemiyanın göstəricisi ola bilər.

Ürək xəstəliyinin digər simptomu gecə yaranan xorultudur. Mütəxəssis vurğulayıb ki, yuxu zamanı baş verən istənilən tənəffüs pozğunluğu oksigen çatışmazlığına, iltihaba və damar divarlarında stresə səbəb olur ki, bu da infarkt və insult riskini artırır.

Bonadıkovanın sözlərinə görə, kişilərdə damar problemlərinin erkən əlamətlərindən biri erektil disfunksiya ola bilər.

"Cinsiyyət üzvündəki kiçik damarlar ateroskleroz zamanı böyük koronar arteriyalara nisbətən daha tez zədələnir. Potensiya ilə bağlı problemlər ürək-damar xəstəliklərinin digər xarakterik simptomlarının ortaya çıxmasından iki-beş il əvvəl müşahidə oluna bilər", - deyə o qeyd edib.скачать dle 11.3
Mojo.az Banner