Mojo.az Banner
22:55 Türkiyədə də uşaqlara sosial şəbəkələrdən istifadə qadağan edilir  |     22:46 Oktyabrda bu 4 bürcü maaş artımı gözləyə bilər  |     22:41 Azərbaycanda bu maşınların qiyməti kəskin bahalaşdı  |     22:34 Bakının milyonluq mənzilləri: Qiymətlər niyə bu qədər bahadır?  |     22:29 Telefonların enerjisi gecə niyə azalır?  |     22:22 Ronaldo millidən kənarlaşdırıldı  |     22:14 Rusiya gürcülərə də qadağa tətbiq etdi  |     22:09 Türkiyədə siqaret satışında şəxsiyyət vəsiqəsi tələb olunacaq  |     22:01 Bazar gününə olan hava proqnozu  |     21:39 "Zevs"in qardaşı məhkəmə zalından azadlığa buraxıldı  |     21:38 Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama  |     21:37 İsmayıllıda ev və köməkçi tikili yanıb  |     21:35 İnşaatçılar küçəsindəki evindən meyiti tapıldı  |     21:33 Deniz Akkaya 7 ay 15 gün müddətinə həbs edildi  |     21:30 Bakının mərkəzi prospektində güclü yanğın baş verib (Yenilənib)  |     19:10 Səudiyyə Ərəbistanında üç aeroportun fəaliyyəti dayandırıldı  |     18:48 Qarabağ Universitetinin müəllimi hakim təyin olundu  |     18:38 Salyanda avtomobil qatarla toqquşdu, sürücü son anda xilas oldu  |     18:29 Ötən gün 29 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb  |     18:14 Dostu dava saldı, onları barışdırmağa gəldi, özü bıçaqlandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Həkim yod çatışmazlığının əsas əlamətlərini açıqladı

27.11.2023 12:51 1 290
Həkim yod çatışmazlığının əsas əlamətlərini açıqladı
Rusiyalı həkim-kardioloq Anna Çuqunnikova yod çatışmazlığının əsas əlamətlərini açıqlayıb.

O, bildirib ki, orqanizmdə yod çatışmazlığının əsas göstəricilərindən biri zobun əmələ gəlməsi - qalxanabənzər vəzinin böyüməsidir.

“Əksər hallarda yüngül və orta dərəcəli yod çatışmazlığı şəraitində patoloji zob görünməz şəkildə əmələ gəlir və kiçik ölçülü olur. Şiddətli yod çatışmazlığı şəraitində isə zob nəhəng ölçülərə çata bilər, udma və tənəffüs çətinliyi, boyun nahiyəsində narahatlıq, səsdə dəyişiklik ilə müşayiət oluna bilər”, - həkim qeyd edib.

Onun sözlərinə görə, uzunmüddətli yod çatışmazlığı tiroid hormonlarının istehsalının pozulması nəticəsində yaranan patologiyaların inkişafına gətirib çıxarır və sinir sisteminin funksiyalarının azalması, daimi yorğunluq hissi, yuxulu olma, yaddaşın, performansın və diqqətin azalması ilə nəticələnir.

Yod çatışmazlığı həmçinin zülalların, yağların və karbohidratların mübadiləsinin pozulmasına, ürək-damar sisteminin fəaliyyətinin pozulmasına (ürək döyüntülərinin artması və ya ləngiməsi, ürəyin işində fasilələrə, qan təzyiqinin dəyişməsinə, təngnəfəsliyə), reproduktiv disfunksiya, o cümlədən menstrual pozuntulara və hətta sonsuzluğa səbəb olur.

Həkim izah edib ki, hamilə qadınlar üçün yod səviyyəsinə nəzarət etmək xüsusilə vacibdir, çünki bu, təkcə onun sağlamlığına deyil, həm də gələcək uşağın inkişafına təsir göstərir.

Mənbə: moslenta.ruскачать dle 11.3
Mojo.az Banner